“Kiçik akademiyalar”ın yaradılması

Azərbaycan Respublikası Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərdə “Kiçik Akademiya”lar yaratmağı nəzərdə tutur.
10 iyul 2014-cü il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın orta məktəblərində istedadlı gənclər üçün “Kiçik akademiyalar”ın yaradılması ilə bağlı seminar keçirilib.

Tədbirdə çıxış edən Gənc alimlər, aspirantlar və magistrlər cəmiyyətinin nümayəndələri Ruslan Rəhimov və Nərminə Abdullayeva “Kiçik akademiyalar”ın yaradılmasında əsas məqsədin istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdlərin üzə çıxarılması və onların bir məqsəd ətrafında birləşdirmək olduğunu deyiblər.
Bildirilib ki, məktəblərdə “Kiçik akademiyalar”ın yaradılması yaxşı nəticələr verir, lakin şagird komplekti az olan məktəblərdə belə akademiyaların təşkili çətindir. Şagird komplekti az olan məktəblərdəki istedadlı şagirdlər rayon üzrə cəmləşə bilərlər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Tədbir maraqlı müzakirələr şəklində davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz