İmza günü yaddaqalan oldu

İyun ayının 18-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində maraqlı bir tədbir baş tutdu. Burada tələbələrin şair Şahməmməd Dağlaroğlu ilə imza günü keçirilmişdir. Kollecdə imtahanlar getsə də, iclas zalına xeyli şeir həvəskarı toplaşmışdı. Kollecin direktoru professor Rəsul Balayev toplantı iştirakçılarını salamladı və giriş sözü söylədi. Ədəbiyyat və poeziyadan, onun təbliğindən söhbət salan natiq dedi:
– Biz görüşünə toplaşdığımız şair Dağlaroğlunu və digər şairlərimizi təbliğ etməli, tanıtmalıyıq. Biz özümüzünkiləri tanıtmasaq, digərləri bunu bizim yerimizə etməyəcəklər. Gənclər poeziyaya yaxın olsunlar, onu sevsinlər.

İmza günü yaddaqalan olduİmza günü yaddaqalan oldu

Kollecin direktor müavini, belə tədbirlərin təşkilatçısı olan Sevda Qasımova şair Ş.Dağlaroğlu haqqında söz söylədi, qısa da olsa onun yaradıcılığından danışdı: – Bu gün burada şairlə imza günü keçiririk. Bizdə bu, adət halını almayıb. Adətən, imza günündə şair, yaxud yazar öz kitablarının satışı ilə məşğul olur. Ancaq şair Şahməmməd Dağlaroğlu bu gün buraya gətirdiyi kitabları tələbələrə pulsuz paylayacaq. Onu da qeyd etmək lazımdır ki, Şahməmməd müəllimin şeirləri oxucular tərəfindən sevilir. Bu şeirlər mötəbər el şənliklərində səslənir, müğənnilər tərəfindən oxunur. Onun yaradıcılıq potensialı böyükdür, biz ondan yeni-yeni kitablar gözləyirik. Bilirəm ki, onun bir kitablıq satirik şeirləri var, həmin kitabın işıq üzü görməsini səbirsizliklə gözləyirik. Yenicə çapdan çıxmış olan “Cinas bulağı” kitabı bu gün burada tələbələrə hədiyyə olunur. Gözləyirik ki, bu sonuncu olmasın.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çıxışında vurğuladı ki, Şahməmməd Dağlaroğlu gözəl şeirlər ustasıdır, oxucular bu şeirləri sevə-sevə oxuyurlar. Gənclərə tövsiyəm budur ki, onun şeirlərini oxusunlar. Bu şeirlərdə Vətənə, insanlara sevgi hədsizdir.
Aparıcılar tədbir iştirakçılarını Ş.Dağlaroğlunun tərcümey-halı ilə tanış etdilər.
Qocaman jurnalist Bəybala Babayev şairlə ilk tanışlığından, redaksiyaya utana-utana gələn gənc şairin bu illər ərzində necə püxtələşdiyindən, onun hər zəhmətə qatlaşaraq məqsədinə çatmasından, sözə böyük qiymət verməsindən söhbət açdı.
Tələbələr onun sonuncu kitabında toplanmış şeirlərindən nümunələri tədbir iştirakçılarına çatdırdılar.
Şair Ş.Dağlaroğluna söz verildi. Çıxışında o, qeyd etdi ki, siz oxucular mənim üçün çox dəyərlisiniz. Siz burada mənim haqqımda dəyərli, xoş sözlər söylədiniz. Doğrusu, bu gün söz deməyə çətinlik çəkirəm. Yazdığım şeirlər oxucuların xoşuna gəlirsə, deməli, zəhmətim hədər getməyib. Yaradandan çox-çox razıyam ki, bu gün sizinləyəm. Bugünkü görüş həyatımın ən dəyərli anları kimi yadımda qalacaq. Vaxtınızı sərf edib bu tədbirə gəldiyiniz üçün hamınıza təşəkkür edirəm.
Sonra Ş.Dağlaroğlu şeirlərindən oxudu.
Tələbələr şairin şeirləri yazılmış audio çarxı ona hədiyyə etdilər.
Şair tələbələrə avtoqrafla kitablar payladı.
“İsmayıllı xəbərləri”

Şərh Yaz