Uşaqlarla uşaqlaşan ahıl ömür…

Hər gün uşaqların gülüşünü eşidib, sevincini görən, küsəyən körpələrin könlünü alan, “evimizə gedirəm, anamı istəyirəm” deyib ağlayan uşaqların anası, ayaqlarını yerə döyüb “nənəmi istəyirəm” deyən, qışqıran uşaqların nənəsidir Qalibə xanım.
Qalibə müəllim ömrünün 6-cı onilliyini tamamlasa da, kifayət qədər gənc görünür. Ömrünün 25 ilini uşaqlarla birgə keçirən insan da qocalarmı? Ömrün bu çağında uşaqlarla keçən hər gün insanı mənən, ruhən qidalandırır. Qalibə müəllimin gənc görünməsinin sirri də elə bundadır.

Uşaqlarla uşaqlaşan ahıl ömür...Uşaqlarla uşaqlaşan ahıl ömür…

Hər gün uşaqların gülüşünü eşidib, sevincini görən, küsəyən körpələrin könlünü alan, “evimizə gedirəm, anamı istəyirəm” deyib ağlayan uşaqların anası, ayaqlarını yerə döyüb “nənəmi istəyirəm” deyən, qışqıran uşaqların nənəsidir Qalibə xanım.
Qalibə müəllim ömrünün 6-cı onilliyini tamamlasa da, kifayət qədər gənc görünür. Ömrünün 25 ilini uşaqlarla birgə keçirən insan da qocalarmı? Ömrün bu çağında uşaqlarla keçən hər gün insanı mənən, ruhən qidalandırır. Qalibə müəllimin gənc görünməsinin sirri də elə bundadır.
Uşaqlarla uşaqlaşan ahıl ömür...
Abdullayeva Qalibə Əli qızı İsmayıllı şəhərində anadan olub. Orta məktəb bitirib, ali təhsil alıb, əmək fəaliyyətinə başlayıb. Rayonun Komsomol Komitəsində işləyib, Bakı Mədəni-Maarif Texnikumunu bitirməklə kifayətlənməyib. Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq-biblioqrafiya fakültəsinə daxil olub.
Q.Abdullayeva 1989-cu ildən rayonun 1 nömrəli körpələr evi uşaq bağçasında müdir vəzifəsində çalışır. İşlədiyi müddət ərzində o, bir sıra Diplom və Fəxri fərmanlara layiq görülüb.
1 nömrəli bağça 5 qrupla fəaliyyət göstərir. Müəssisənin 90 uşaqdan, 22 işçidən ibarət bir kollektivi var. Müəssisə sözü burada rəsmi ifadədir. Qapıdan içəri burada hamı bir ailənin üzvü kimi münasibətdədir. Elə bunun nəticəsidir ki, bağça həmişə səliqə, sahmanı ilə, rayon tədbirlərində nümayiş etdirdikləri nümunəvi çıxışları, fəal və istedadlı uşaqları, məsuliyyətli müdir və işçiləri ilə birgə həmişə birinciliyini qoruyub saxlaya bilib. Atalarımız yaxşı deyib:
”El bir olsa, dağ oynadar yerindən”. Buradakı təhsil, tərbiyə, diqqət, qayğı uşaqların və valideynlərin ürəyincədir. Bütün bunları bir arada cəmləşdirdiyiniz üçün sizə minnətdarıq.
Qalibə Abdullayeva gözəl insan, mehriban ana və nənədir, iki övladı, iki nəvəsi var. Sizi doğum gününüz ərəfəsində təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq, Qalibə xanım!
Güllübəyim Cərullayeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz