Rəssamların yaradıcılıq emalatxanası

May ayının 22-də İsmayıllı Dövlət Rəsm Qalereyasında bir qrup rəssamın yaradıcılıq emalatxanası təşkil olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib. Burada peşəkar və gənc rəssamların əl işlərinə baxış keçirilib.
Rəssamların yaradıcılıq emalatxanasıRəssamların yaradıcılıq emalatxanası

May ayının 22-də İsmayıllı Dövlət Rəsm Qalereyasında bir qrup rəssamın yaradıcılıq emalatxanası təşkil olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib. Burada peşəkar və gənc rəssamların əl işlərinə baxış keçirilib.
Rəssamların yaradıcılıq emalatxanası
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd İsmayıllı Dövlət Rəsm Qalereyasına yeni, müasir rəsm əsərlərinin verilməsi, fondun zənginləşdirilməsi, rəssamlıq sənətinə marağın artırılması, rayonda fəaliyyət göstərən yeniyetmə rəssamların yaradıcılığına baxış keçirilməsi, peşəkar rəssamlarla ustad dərslərinin təşkil edilməsi, həmçinin, rəssamlar arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış rəssamlar – Arzu Əsgərov, Yaşar Əliyev, Namiq İsmayılov, Emin Əsgərov, Anar Hüseynzadə, Ələsgər Kazımov və Natalya Verxova tərəfindən 3 gün ərzində ustad dərsləri keçirilib.
Yaradıcılıq emalatxanası çərçivəsində çəkilən rəsm əsərlərinin sərgisi keçirilib və tanınmış rəssamlar çəkdikləri rəngarəng rəsmləri Qalereyaya hədiyyə ediblər.
Çinarə Bəhərçinli

Şərh Yaz