İmtahanqabağı psixoloji hazırlıq

May ayının 20-də İsrayıl Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində İsmayıllı Psixologiya Mərkəzinin təlimi keçirildi.
Öncəki təlim uşaq bağçasında baş tutmuşdu. Bu tədbir azyaşlıların ətraf aləmlə tanışlığına və onların müşahidəçilik bacarığını öyrənməyə həsr olunmuşdu. Məktəbdə keçirilən təlimin mövzusu isə tam başqa idi. “Abituriyentlərin imtahanqabağı psixoloji hazırlığı” mövzusunda keçirilən təlimdə Mərkəzin üzvləri ilə yanaşı, İsmayıllı İnnovasiyalar Mərkəzinin də fəal gəncləri iştirak etdilər.

İmtahanqabağı psixoloji hazırlıqİmtahanqabağı psixoloji hazırlıq

May ayının 20-də İsrayıl Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində İsmayıllı Psixologiya Mərkəzinin təlimi keçirildi.
Öncəki təlim uşaq bağçasında baş tutmuşdu. Bu tədbir azyaşlıların ətraf aləmlə tanışlığına və onların müşahidəçilik bacarığını öyrənməyə həsr olunmuşdu. Məktəbdə keçirilən təlimin mövzusu isə tam başqa idi. “Abituriyentlərin imtahanqabağı psixoloji hazırlığı” mövzusunda keçirilən təlimdə Mərkəzin üzvləri ilə yanaşı, İsmayıllı İnnovasiyalar Mərkəzinin də fəal gəncləri iştirak etdilər.
Təlim zamanı iştirakçılarla tanışlıqdan sonar onlara təlimin mövzusu və mahiyyəti izah olundu.
İmtahanqabağı psixoloji hazırlıq
Uşaqlar üçün təhsilin əhəmiyyətindən danışıldı və sorğu keçirildi.
Şagirdlərə təhsil ala bilməmiş, lakin həyatda uğur qazanmış məşhurlar haqqında məlumatlar verildi.
Stress haqqında məlumatdan sonra, uşaqların imtahanqabağı həyacanı necə dəf etmələri üçün istifadə edə biləcəkləri üsullar haqqında danışıldı.
İmtahanqabağı psixoloji hazırlıq
Şagirdlərə müvəffəqiyyət əldə etmək üçün vaxt bölgüsünün əhəmiyyətindən, peşə istiqamətlərini düzgün müəyyənləşdirməyin vacibliyindən söhbət açıldı. Uğur qazanmaq üçün davamlı çalışmağın əsas şərt olması izah olundu. Tədbirdən razı qalan iştirakçılar sonda xatirə şəkli çəkdirdilər.
Şövqi Əhmədov

Şərh Yaz