AVP-nin ofisi açıldı

Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının yeni ofisinin açılışı olub. Açılışda çıxış edən AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı partiya üzvlərinə Fəzail Ağamalının salamını və təbrikini çatdırıb. E.Ağamalı öncə İsmayıllıda müşahidə etdiyi yeniliklərdən, aparılan tikinti-quruculuq işlərindən söz açıb. İsmayıllı rayon təşkilatının göstərdiyi fəallıqdan razılığını dilə gətirib.
AVP-nin ofisi açıldıAVP-nin ofisi açıldı

Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının sədri Şahməmməd Soltanov göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, partiya sıralarına Vətəni qəlbən sevən, onun tərəqqisi yolunda çalışan istedadlı və bacarıqlı gənclərin cəlb edilməsi, partiya sıralarının genişləndirilməsi istiqamətində işlər davamlı şəkildə həyata keçirilməkdədir.
AVP Gənclər təşkilatının sədri Mikayıl İbrahimov gənclərin cəmiyyətdəki aparıcı rolundan, dövlətin gənclərə diqqət və qayğısından, gənclərin ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində görülən işlərdən danışıb.
Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Çinarə Bəhərçinli,
AVP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri

Şərh Yaz