Yaddas kitabcasi

Fransız dili gecəsi

May ayının 19-da Ə.Babayev adına Quşencə kənd tam orta məktəbində fransız dili gecəsi keçirildi Gecənin keçirilməsində məqsəd Azərbaycan ilə Fransa arasındakı mədəni əlaqələrin yaxından öyrənilməsi, milli mentalitetimizdəki oxşar və fərqli cəhətləri öyrənməkdən ibarət idi. Deyilənlər şagirdlər tərəfindən müqayisəli şəkildə təhlil olundu və kompozisiyalar şəklində nümayiş etdirildi.
Fransız dili gecəsiFransız dili gecəsi

Gecədə məktəbin müəllimləri və şagirdləri ilə yanaşı İsmayıllı Rayon Təhsil Şöbəsinin metodistləri Sədəf Mikayılova, Vəfa Ağayeva, valideynlər də iştirak edirdi.
Şagirdlərin təqdim etdiyi səhnəciklər, Azərbaycan və fransız dillərində söylədikləri seirlər, ifa etdikləri musiqi və rəqslər tamaşaçılar tərəfindən bəyənildi və alqışlandı.
Gecənin sonunda məktəbin direktoru Natiq Səmədov, təhsil işçiləri S.Mikayılova və V.Ağayeva çıxış edərək tədbirin keçirilməsində fəallıq göstərən şagirdlərə, həmçinin gənc fransız dili müəllimi Elşad Hacıyevə hazırlanmış gecəyə görə təşəkkür etdilər.
Ağagül Səfərov,
məktəbin tərbiyə işləri üzrə direktor müavini

Şərh Yaz