Yarış əla təşkil olunub

May ayının 8-də 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüb və İsmayıllı rayonunadək 187 kilometr məsafə qət ediblər.
Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç keçib – 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato (“Neri Sottoli”) isə 3-cü olub.

Yarış əla təşkil olunubYarış əla təşkil olunub

“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb – o, liderə 15 saniyə uduzmaqla 28-ci olub. U.Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. P.Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.
Yarış əla təşkil olunub
Yerlər üzrə köynəklərin təqdim olunma mərasimində iştirak edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qaliblərə yerli sənət nümunələri olan xatirə hədiyyələri də verib.
Şəhərin mərkəzi meydanında yürüşü izləyən ismayıllılar, idmançıların finiş xəttinə çatdığı məqamları alqışlarla qarşılayıblar. Qaliblər KİV üçün verdikləri müsahibələrdə bunu xüsusilə qeyd ediblər.
“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyə yüksələn avstraliyalı U.Klark isə uğurunu belə dəyərləndirib: “İstərdim ki, liderin daşıdığı göy köynəyi özümdə mümkün qədər çox saxlayım. Axşam yaxşı istirahət edib buna nail olmağa çalışacağam. Azərbaycana ilk dəfə gəlirəm. Yarış əladır. Mən burada olmaqdan həzz alıram”.
Yarış əla təşkil olunub
Tozlu ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov 2-ci mərhələ ilə bağlı fikirlərini bölüşərkən belə deyib: “Bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.
Mətbuat konfransında iştirak edən Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer Azərbaycanda gördüklərindən razılıqla danışıb: “Mən Azərbaycana ilk dəfə gəlirəm. Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2.1-dir, amma gələcəkdə daha da yüksələ bilər. Hotellər əla, yollarda təhlükəsizlik çox gözəldir. Əminəm ki, gələcəkdə bu yarışda “Pro” komandaları da iştirak edəcək. Bu yaxınlarda Türkiyədə belə yarışda iştirak edirdim. Çox gözəl idi. Onlarda yarışın 50 illik tarixi var. Azərbaycan isə buna son 2 ildə nail olub”.
“İsmayıllı xəbərləri”

Şərh Yaz