İşlər ahəngdar və standartlara uyğun aparılır

May ayının 9-da Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Roland Hofer, Bolqarstan velosiped istehsalı ilə məşğul olan zavodun direktoru Draqomir Ruzov və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ölkəmizdə – İsmayıllı rayonunun Diyallı kəndi ərazisində ünvan tapmış ilk velosiped zavodunun tikintisinə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hazırkı mərhələdə qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, regionlarda sənaye potensialının gücləndirilməsinin zəruri olduğunu bildirib.

AVİF-in vitse-prezidenti Sahib Ələkbərov tədbirdə iştirak edib. O qeyd edib ki, son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bolqarıstan velosiped zavodunun direktoru Draqomir Ruzov inşasına başlanmış bu zavodun Azərbaycan Respublikası, xüsusilə də İsmayıllı rayonu üçün əhəmiyyətindən söz açıb. Bu səfalı diyarda velosiped idmanının inkişaf edəcəyinə, zavodun yetişən nəslin sağlamlığına öz töhfələrini verəcəyindən danışıb.
İşlər ahəngdar və standartlara uyğun aparılır
Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer Azərbaycanda bütün sahələrlə yanaşı idmanın da sürətli inkişaf mərhələsində olduğunu vurğulayıb. O, bu zavodda buraxılacaq velosipedlərin adında İsmayıllı sözünün yer tuta biləcəyinə tam ümidvar olduğunu söyləyib.
Zavodun tikintisi ilə tanışlıq zamanı işlərin ahəngdar və standartlara uyğun aparıldığı bildirilib. Zavod istifadəyə verildikdən sonra il ərzində 30 min ədəd idman, uşaq və şəhər tipli velosiped istehsal etmək gücünə malik olacağı qeyd edilib. 5 hektar ərazidə inşa olunan zavodda 95 nəfər daimi işlə təmin olunacaq. Təcrübə toplamaq məqsədilə bir qrup gəncin Bolqarıstan velosiped zavoduna ezam olunacağı nəzərdə tutulub. Zavodun tikintisinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz