RİH-də görüş


Yaponiyanın xarici işlər nazirinin Parlament üzrə müavini Takao Makino İsmayıllı rayonuna səfər edib. Nümayəndə heyəti ilə rayon İcra Hakimiyyətində görüş keçirilib.
RİH-də görüş

Yaponiyanın xarici işlər nazirinin Parlament üzrə müavini Takao Makino İsmayıllı rayonuna səfər edib. Nümayəndə heyəti ilə rayon İcra Hakimiyyətində görüş keçirilib.
Qonaqları əllərində Azərbaycan Respublikasının və Yaponiya Hökumətinin dövlət bayraqları olan məktəblilər qarşılayıb. Daha sonra nümayəndələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən, onun xalqa, vətənə bağlı şərəfli və zəngin ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən eksponatlara baxıblar. Daha sonra qonaqlar Mərkəzdə məktəblilərin əl işləri ilə tanış olublar. Görüşdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev nümayəndə heyətinə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlar, regionun turizm, kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində sosial-iqtisadi inkişaf dinamikası haqqında məlumat verib. İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalandığı bildirilib. Həmçinin, qeyd edilib ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı rayonunda 11 layihə həyata keçirilib. Yaponiyanın xarici işlər nazirinin Parlament üzrə müavini Takao Makino çıxışında Yaponiya hökumətinin insanların yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif layihələri dəstəklədiyini bildirib. Bu tipli layihələr sosial-müdafiə, infrastruktur və səhiyyə ilə əlaqədar sahələrdə həyata keçirilir. Həmçinin gəlcəkdə regionlarda müxtəlif layihələrin icra olunacağını diqqətə çatdırıb. Qonaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yapon mütəxəssisləri tərəfindən salınan, 1500 kvadratmetr sahəni əhatə edən “Yapon bağı” ilə tanış olublar. Daha sonra Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Mican və ona qonşu ərazidə yaşayan məktəbəqədər yaşda olan uşaqlar üçün tikilən bağçadakı şəraitə baxış olub. Bağçada müxtəlif yaş qruplu körpələrin gün ərzində oynaması, dincəlməsi və əylənməsi üçün yemək, yuyunma, oyun zalları, yataq otaqları və sanitariya qovşaqları nəzərdə tutulub. Həmçinin, bagçada müasir tələblərə cavab verən isitmə sistemi qurulub. Burada müxtəlif yaş qruplarından olan uşaqlar ən müasir şəraitlə təmin olunub. Bina müasir standartlara cavab verən qazanxana sistemi ilə təchiz olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz