Şuşalılarla görüş keçirilib

Şuşa şəhərinin işğalından 22 il keçir. Yaddaşların təzələnməsi məqsədi ilə keçirilən növbəti ildönümü münasibətilə İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib.
Şuşalılarla görüş keçirilibŞuşalılarla görüş keçirilib

Şuşa şəhərinin işğalından 22 il keçir. Yaddaşların təzələnməsi məqsədi ilə keçirilən növbəti ildönümü münasibətilə İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib.
İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə Şuşanın işğalı ilə bağlı rayonunun təhsil, mədəniyyət müəssisələrində, əmək kollektivlərində silsilə tədbirlər keçirildiyini bildirib. O, çıxışında Azərbaycanın unikal mərkəzlərindən sayılan Şuşa şəhəri tarixən hər cür hərbi müdaxilələrə sinə gərdiyini, lakin 20-ci əsrin sonlarında Azərbaycana rəhbərlik edən naşı şəxslərin günahı ucbatından düşmən qüvvələrin əlinə keçdiyini qeyd edib.
Şuşalılarla görüş keçirilib
Şuşanın müdafiəsi zamanı 195 soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər isə itkin düşüb. Tarixi abidələrimiz yerlə yeksan olunub. 22 ildir ki, şuşalılar, eləcə də bütün Azərbaycan Şuşa həsrəti ilə yaşayır.
Başçı bildirib ki, Azərbaycanın ağır günlərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün taleyi yaşayan soydaşlarımızın, eləcə də şuşalıların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülüb. Hazırda bu tədbirlərin uğurla həyata keçirilməsi davam etdirilir.
Tədbirdə iştirak edən tarix müəllimi Ramiz Baloğlanov Şuşanın tarixi barədə geniş məlumat verib. Çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz