Fərqlənənlər mükafatlandırılıb

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Basqal qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirib.
Fərqlənənlər mükafatlandırılıbFərqlənənlər mükafatlandırılıb

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Basqal qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirib.
Fərqlənənlər mükafatlandırılıb
Tədbirdə RİH başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi N.Əsədov, Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin direktoru A.Qafarov, müəllimlərdən Y.Ağayeva, bu sətirlərin müəllifi K.Məlikzadə mövzu ətrafında çıxış ediblər. Çıxışlarda müstəqillik illərində Azərbaycan təhsilindəki inkişafdan, bu sahədə yüksək uğurların qazanılmasında Heydər Əliyevin xidmətlərindən danışılıb.
Tədbirdən sonra məktəb şagirdlərinin Ümummilli liderimizin anadan olmasının 91 illiyi münasibətilə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Əl işləri ilə fərqlənənlər mükafatlandırılıb.
Kamran Məlikzadə,
məktəbin müəllimi

Şərh Yaz