Misilsiz rolu var

Mayın 7-də rayon təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə qabaqcıl təhsil işçiləri, məktəb rəhbərləri və çoxsaylı müsabiqələrin qalibləri olan şagirdlərin iştirakı ilə elmi-praktik konfrans keçirildi. Konfransda RİH başçısının müavini Sevil Əhmədova iştirak etmişdir. Konfransı giriş sözü ilə RTŞ-nın müdiri Rasim Orucov açaraq xalqımızın tarixində, taleyində mühüm rol oynamış, dövlətçilik ənənələrimizin, XX əsrin 60-cı illərindən başlayaraq milli-mənəvi intibahımızın möhkəm sütunlarını yaratmış, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan öndər Heydər Əliyevin ömür yoluna nəzər saldı.
Misilsiz rolu varMisilsiz rolu var

Natiq Ulu öndərin Azərbaycan xalqının azadlığı yolunda oynadığı misilsiz rolundan, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya dövlətləri arasında siyasi-iqtisadi baxımdan layiqli mövqe qazanması yolundakı fəaliyyətindən, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, sənayenin, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışdı.
Misilsiz rolu var
Misilsiz rolu var
Tədbirdə RTŞ-nın aparıcı məsləhətçisi Ramiz Baloğlanov “Ulu öndər və gənclər siyasəti” mövzusunda məruzə etdi. O, qeyd etdi ki, öndər haqqında, xalqı üçün gördüyü işlərdən çox danışmaq mümkündür. Amma, Heydər Əliyev “Təhsil millətin gələcəyidir” müdrik deyimi ilə əslində bu sahədə dövlət siyasətinin gələcək üçün aydın istiqamətlərini müəyyənləşdirmişdir.
Talış kənd ümumi orta məktəbinin direktoru Seymur Abbasov da çıxışında öndərin Azərbaycana rəhbərlik etdiyi illərdən və onun təhsilimizə qayğısından söz açdı. Şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Aytac Mirzəliyeva isə çıxışını obrazlı şəkildə qurdu.
Konfransın sonunda S.Əhmədova 11 nəfər inşa yazı və 4 nəfər rəsm müsabiqəsinin qalibinə RTŞ-nın Fəxri fərman və qiymətli hədiyyələrini təqdim etdi.
Hacıməmməd Məmmədov

Şərh Yaz