Gənc qızların sosial fəallığı

13-16 yaşda olan qızların haqqı var ki, ömürlərinin bu müddətini özlərinə, təhsillərinə sərf etsin, eyni zamanda ailənin nə olması haqda heç olmazsa, nəzəri biliklərə yiyələnsinlər. Təəssüf ki, cəmiyyətimizdə bu yaşda qızların uşaqlıq həyatından qoparılması halları da mövcuddur. Erkən nikahın hazırda cəmiyyətimizin problemləri sırasında yer aldığını danmaq olmaz. Lakin, bu dərmanı tapılmayan xəstəlik kimi deyil. Problemi qanunun aliliyini və işləkliyini təmin etmək, maarifləndirmə aparmaq, vətəndaş məsuliyyətini artırmaqla həll etmək olar.

Diqqət və ayıqlıq ictimai həyatın zərurətidir. Və tez ailə həyatı quran qızlarda demək olar ki, bu cür xüsusiyyətlər olmur. Qapalı mühitdə yaşamış, ictimai hadisələrdən yetərincə xəbər tutmamış qızları aldatmaq asan olur. Belələri onlara qarşı edilən zorakılıqlar qarşısında aciz qalır, hüquqlarının tapdanmasına göz yumurlar. Problem özünü daha çox regionlarda göstərir. Bu səbəbdən də maarifləndirmə işlərinin aparılması vacibdir.
Müasir Qadın və Cəmiyyət İctimai Birliyi “Gənc qızların sosial fəallığına dəstək kompaniyaları” layihəsi çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə təlim keçirib.
Gənc qızların sosial fəallığı
İctimai birliyin koordinatoru Lalə Maqsudova, İsmayıllı UADM-ın direktoru Lətifə Əliyeva qadınların ictimai fəallığının artırılması sahəsində görülən işlərdən danışıblar.
Ailə mədəniyyəti, ailəyə hazırlıq, sosial davamlılıq kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Layihənin məqsədi gənc qızların ailəyə hazırlığı, ailə mədəniyyətinin inkişaf etdirilməsi, ailə institutunun möhkəmlənməsi, region qızlarına özünəgüvənc hisslərini aşılamaq, sosial təşəbbüskarlığın, ictimai fəallığın artırılmasına, erkən nikahın qarşısının alınmasına dəstək verməkdir.
Çinarə Bəhərçinli

Şərh Yaz