28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür

13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) Mədəniyyət İşçiləri İsmayıllı rayon Həmkarlar Komitəsi ilə birgə təşkil etdiyi tədbir Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuşdu. Tədbirdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin əmək kollektivinin üzvləri və ctruktura daxil olan idarə və müəssisələrin rəhbər işçiləri iştirak etmişlər. Qeyd etmək lazımdır ki, əməyin mühafizəsi ilə bağlı məsələlərə Mədəniyyət və Turizm Şöbəsi tərəfindən çox ciddi şəkildə riayət olunur və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Öz çıxışlarında Mədəniyyət İşçiləri İsmayıllı rayon HK-nın sədri Lətif Quliyev və MTŞ-nin əməkdaşı Samir Zülfiyev də bu məsələyə toxunmuş və şöbə tərəfindən həyata keçirilən işlər barədə ətraflı məlumat vermişlər.

13 saylı region üzrə DƏM-in rəis müavini, bu sətirlərin müəllifi Qalib Nəbiyev Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyanın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır…” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının əsas prinsiplərinə ölkənin Əmək Məcəlləsində geniş yer verilmişdir. Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur. Əməyin mühafizəsi sahəsində Azərbaycanda dolğun qanunvericilik bazası formalaşdırılmış və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi yaradılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun xüsusi diqqət və qayğısı nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin və region üzrə müfəttişliklərin fəaliyyəti təkmilləşdirilmiş, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər işçi hüquqlarının təminatında müsbət dönüş yaratmış və mühüm uğurlar əldə olunmuşdur. Bu uğurların əldə olunmasında 13 saylı region üzrə DƏM-in də zəhməti az olmamışdır. Belə ki, 27 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması, 108 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, 26 nəfər işçiyə 8574 manat məbləğində gecikdirilmiş əmək haqqının ödənilməsi təmin edilmişdir. Əmək qanunvericiliyinin tələblərini pozmuş 30 fiziki və hüquqi şəxs inzibati qaydada cərimə edilmiş və 9750 manat cərimə məbləğinin büdcəyə ödənilməsi müfəttişlik tərəfindən təmin edilmişdir.
Azərbaycan qurulmaqda olan vətəndaş cəmiyyətidir. Həyatın bütün sahələrində olduğu kimi, əmək fəaliyyəti sahəsində də hüquqi prinsiplər daim üstün tutulmalıdır. Bu prinsiplər isə hər bir işçinin sağlamlığı, həyatı üçün iş şəraiti yaradılmasını tələb edir. Digər tərəfdən, öz iqtisadi uğurlarını daim artırmağa çalışan hər bir işəgötürən ilk növbədə, öz işçiləri üçün layiqli iş yeri yaratmalı olduğunu heç zaman unutmamalı, bununla da insanlara və qanunlara olan hörmətini, ümumbəşəri dəyərlərə sədaqətini ifadə etməlidir.
Mövzu ətrafında müzakirələrdə İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Uşaq İncəsənət Məktəbinin direktoru Elşən Süleymanov, MKS həmkarlar təşkilatının sədri Ruhiyyə Mirzəyeva, direktor müavini Həmid Hacıyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov çıxış etmişlər.
Tədbirin sonunda iştirakçıların əmək qanunvericiliyinə dair sualları müfəttişliyin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Qalib Nəbiyev,
13 saylı region üzrə DƏM-in rəis müavini

Şərh Yaz