Qadınlarla görüş keçirilib

YAP İsmayıllı rayon təşkilatının Tikiş fabrikində çalışan qadınlarla görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Tikiş fabrikinin direktoru Lətifə Əliyeva qeyd edib ki, qadınlar güclü lideri olan Azərbaycanın sürətli inkişafında həlledici qüvvədir. Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar zərif olmalarına baxmayaraq həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.Öz gözəlliyi, fədakarlığı, əməksevərliyi, vətənsevərliyi ilə seçilən Azərbaycan qadınları zaman-zaman əxlaqi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gələcək nəslə ötürülməsi sahəsində misilsiz xidmətlər göstərmişlər.
YAP İsmayıllı rayon təşkilatının sədri Əziə Vahabova görüşdə çıxış edib. O bildirdi ki, Azərbaycan Respublikasında Dövlət qadın siyasəti uğurla həyata keçirilir. Bu sahədə prezident İlham Əliyev tərəfindən uğurlu iş aparılır.

Qadınlarla görüş keçirilibQadınlarla görüş keçirilib

Milli Məclisdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, YAP rayon təşkilatlarının sədrləri arasında qadınların sayı artmaqdadır. Təhsil və səhiyyə sistemində uzun illərdir ki, qadınlar üstünlük təşkil edir. Qadınlar bütün sahələrdə əzmlə, məsuliyyətlə çalışır, dövlətçiliyimizə və xalqımıza sədaqətlə xidmət edirlər. Rayonumuzdan ali məktəblərdə təhsil alan gənclərin yarısını qızlar təşkil edir.
Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkə və beynəlxalq miqyaslı əvəzsiz xidmətləri Azərbaycan qadınının ucalığının, nələrə qadirliyinin və bütün dünya qadınlarına örnək olmasının parlaq təzahürüdür.
İnamla demək olar ki, zəngin tarixi keçmişimizin və müasir inkişafımızın daşıyıcıları olan Azərbaycan qadınları demokratik cəmiyyətimizin hərəkətverici qüvvəsidir.
Günümüzün reallıqları tələb edir ki, qadınlarımızın potensialından gənclərin vətənə, torpağa bağlılığı, azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşması üçün geniş istifadə olunmalıdır.
Bu gün qadınlarımız ölkəmizdəki sabitliyi və demokratik mühiti, Azərbaycanın güclü dövlət olması naminə ölkə başçısı İlham Əliyevin məqsədyönlü, çoxşaxəli fəaliyyətini, liderlik keyfiyyətlərini yüksək dəyərləndirir, partiyamızın sədri ilə qürur duyurlar.
Fabrikdə çalışan qadınlar fürsətdən istifadə edib onlar üçün yaradılan əmək şəraitinə görə ölkənin və rayonun rəhbərliyinə minnətdarlıq ediblər.
Əsmər Abbasova

Şərh Yaz