Torpaq, bayraq, bir də sevgi nağılı

Gənc və istedadlı rəssam Məlikli Fatimə Xatir qızının 2014-cü il üçün “Torpaq, bayraq, bir də sevgi nağılı” adlı təqvimi çapdan çıxıb.
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hüseyn Şahbəndəyevin uşaqlar üçün yazdığı mənzum nağıl şagirdlərdə ailəyə bağlılıq, valideynlərə hörmət, ehtiram, torpağımıza, müstəqil dövlətçiliyimizə və onun atributlarına məhəbbət hissləri aşılayır.

Torpaq, bayraq, bir də sevgi nağılıTorpaq, bayraq, bir də sevgi nağılı

Gənc və istedadlı rəssam Məlikli Fatimə Xatir qızının 2014-cü il üçün “Torpaq, bayraq, bir də sevgi nağılı” adlı təqvimi çapdan çıxıb.
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hüseyn Şahbəndəyevin uşaqlar üçün yazdığı mənzum nağıl şagirdlərdə ailəyə bağlılıq, valideynlərə hörmət, ehtiram, torpağımıza, müstəqil dövlətçiliyimizə və onun atributlarına məhəbbət hissləri aşılayır.
Torpaq, bayraq, bir də sevgi nağılı
Avropa Azərbaycan Məktəbinin əslən İsmayıllıdan olan 7-ci sinif şagirdi Fatimə Məlikli Əməkdar rəssam İsmayıl Məmmədovun rəhbərliyi altında rənglərin möcüzəvi ahəngindən istifadə edərək, nağılın motivlərinə uyğun rəsmlər çəkib. Rəsmlərdəki sadəlik, əlvanlıq, cəlbedicilik müəllimi heyran qoyub, bununla da rəsmlər əsasında təqvimin hazırlanması qərara alınıb.
Torpaq, bayraq, bir də sevgi nağılı
İstedadlı, gənc rəssamın hazırladığı təqvimdə “Torpaq, bayraq, bir də sevgi nağılı” nın mətni verilməklə torpağa, bayrağa, ana yurda sevgi və onun qorunması fikrinin vacibliyi əksini tapıb. Bu təqvimdən istifadə edənlərin rəssamın əl işlərindən zövq alacaqlarına inanırıq.
Fatiməyə yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz