Yaddas kitabcasi

Zona mərhələsinə vəsiqə

29 mart 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyununun rayon üzrə seçim turu keçirilib. Rayonumuzun 12 komandası böyük ruh yüksəkliyi ilə mübarizəyə qoşulub. Böyük maraq və həyəcanla keçən bilik mübarizəsində I yerə İsmayıllı İntellektual Oyunlar Klubu, II yerə Talıstan kənd orta məktəbinin komandası, III yerə isə şəhər 5 nömrəli tam orta məktəbinin komandası layiq görülüb.
Zona mərhələsinə vəsiqəZona mərhələsinə vəsiqə
29 mart 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyununun rayon üzrə seçim turu keçirilib. Rayonumuzun 12 komandası böyük ruh yüksəkliyi ilə mübarizəyə qoşulub. Böyük maraq və həyəcanla keçən bilik mübarizəsində I yerə İsmayıllı İntellektual Oyunlar Klubu, II yerə Talıstan kənd orta məktəbinin komandası, III yerə isə şəhər 5 nömrəli tam orta məktəbinin komandası layiq görülüb. I və II yerin qalibləri – İsmayıllı İntellektual Oyunlar Klubu və Talıstan kənd tam orta məktəbinin komandası zona mərhələsinə vəsiqə qazanıblar. Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin Diplomları, qiymətli hədiyyələri ilə təltif edilib.
Zona mərhələsinə vəsiqə

“Şahin” hərbi idman oyunları
3 aprel 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilib.
Zona mərhələsinə vəsiqə
“Şahin” hərbi idman oyunları hər il olduğu kimi, bu il də Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə təşkil edilib.
Yarışda rayonun 20 tam orta məktəbinin komandası birincilik uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda I yerə şəhər 3 nömrəli, II yerə şəhər 6 nömrəli , III yerə şəhər 1 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
Qaliblərə Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri təqdim edilib.

Taleh Məhərrəmov

Şərh Yaz