Qoşa müəllim ömrü

Müəllimdirlər. Qırx ilə yaxındır ki, qoşa addımlayırlar. Ötüb keçən illərin şirinli-acılı günlərindən bir ailənin xoşbəxtlik sarayını ucaldıblar. Quş qoşa qanadla uçduğu kimi, onlar da hər cür çətinliyi birlikdə dəf edibrlər. Humanistlikdən yoğrulmuş bir peşəyə hələ orta məktəbdə təhsil alarkən meyil salıblar. Biri Bakı şəhər 1 nömrəli fizika-riyaziyyat təmayüllü, digəri isə Tərtər şəhər 1 nömrəli eyni təmayüllü məktəbdə təhsil alıb. Hər iki məzunun yolu 1971-ci ildə Azərbaycan Dövlət Universitetində qovuşub. Cəmilə xanım universitetin riyaziyyat, Balamirzə isə həmin təhsil ocağının geoloji-coğrafiya fakültəsini bitirib. Elə o unudulmaz tələbəlik illərində tərtərli qızla bu ləzgi balası əhdi-peyman bağlayıblar…
Qoşa müəllim ömrüQoşa müəllim ömrü

Arzularla dolu tələbəlik illəri arxada qalıb. Universitetə: “Əlvida!”, – deyib sərbəst həyata qədəm qoyublar.
Qoşa müəllim ömrü
1976-cı ildə təyinatları İsmayıllı rayonunun Qurbanəfəndi kənd tam orta məktəbinə verildi. Cəmilə xanım riyaziyyat fənnini tədris etməyə başladı. İlk gündən gənc nəslin təlim-tərbiyəsində öz məharətini göstərə bildi. Riyaziyyatın sirlərini şagirdlərə səbirlə, təmkinlə öyrətməyə başladı. Şagirdlərin ən çətin saydıqları fənn olan riyaziyyatı tədris edən müəllim daha çox əziyyətə qatlaşmalı, öyrətdiklərini dəfələrlə təkrarlamalı olurdu.
Müəllim bu işin öhdəsindən gəlmək üçün çox çalışmalı olur. Cəmilə müəllimə bu gün yetirmələri ilə fəxr edə bilər. Demək olar ki, kəndin bütün ali təhsilli ziyalıları onun yetirmələridir. Ona görə də kənddə böyük hörmət sahibidir. Şagirdlərinə, yetirmələrinə əsl analıq qayğısı göstərir.
Cəmilə xanımla Balamirzə 1977-ci ildə ailə həyatı qurdular. Bundan sonra onlar həyat yollarında qoşa addımladılar. Necə deyərlər, qoşa müəllim ömrü yaşamağa başladılar. Balamirzə müəllim coğrafiya fənni ilə bərabər, həm də məktəbdə hərbi rəhbər kimi çalışır. 1987-ci ildən gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət artdı. Hərbin sirlərinə yiyələnmək bu gün ən aktual məsələlərdəndir. Yetirmələrindən hərbiçi ixtisasını seçənlər də az deyil. Onlar Milli Orduda zabit kimi xidmət edirlər. Həmyerlilərimizin vətənpərvərliyi hamımızı sevindirir.
Bu ailə haqqında ancaq xoş sözlər eşitmək olar. Tərbiyə etdikləri övladlarl barəsində də hamı fəxrlə danışır. Bu, əsl ailə xoşbəxtliyidir.
Balamirzə Mürsəliyev və Cəmilə Əkbərova beş uşaq böyüdüb, boya-başa çatdırıb – dörd oğlan, bir qız. Ailədə uşaqların təhsilinə xüsusi önəm verilib. Uşaqların hamısı ali təhsil almış, müəllim, həkim, hərbiçi ihtisasına yiyələnmişdir. Gəlinlərin də ikisi ali təhsillidir. Hazırda ailədə 6 müəllim çalışır.
18 mart və 1 aprel tarixinə düşən günlər bu ailə üçün çox əlamətdardır. Hər iki təhsil veteranı 60 illik qaynar həyat dolu günləri arxada qoyub. Onlar hər yerdə, həmişə böyük fəxrlə mənalı ömür yolu keçdiklərini deyə bilərlər. Çünki gözəl övladlar böyüdüblər. Dərs dedikləri məzunların hərəsi bir sahədə çalışır, Azərbaycanın çiçəklənməsinə töhfələrini verirlər.
Bu xoşbəxt cütlüyü qarşıda şirin arzulu günlər gözləyir. Arzu edirik ömrünüzün sonunadək balalarınızla, nəvələrinizlə birlikdə beləcə qoşa addımlayasınız.
Kamal Allahverdiyev,
məktəbin müəllimi

Şərh Yaz