Sosial qayğılar fəaliyyət proqramımızdır

2013-cü ildə görülmüş işlər barəsində İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədovun hesabat məruzəsindən
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin apardığı dövlət quruculuğu sayəsində Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq yerli idarəetmə orqanı kimi bələdiyyələr sosial təsisatlar sisteminin aparıcı qurumlarından birinə çevrilmişdir. Bələdiyyələr bir sosial faktor kimi, ölkənin demokratikləşməsində, insan, hüquq və azadlıqlarının genişlənməsində, dünya sivilzasiyasına inteqrasiya prosesində daha böyük missiyanı öz üzərinə götürmüşdür. Sosioloq A.Tokvil “Amerikada demokratiya” əsərində yazırdı: “İcma təsisatları müstəqilliyin bərqərar olması üçün, elm üçün ibtidai məktəblərin oynadığı rolu oynayır; onlar xalq üçün azadlığa gedən yolu göstərir və bu azadliqdan istifadə etməyi öyrədir. İcma təsisatları olmadan da millət azad hökumət yarada bilər, ancaq əsl azadlıq ruhunu heç vaxt əldə edə bilməz”

Sosial qayğılar fəaliyyət proqramımızdırSosial qayğılar fəaliyyət proqramımızdır

2013-cü ildə görülmüş işlər barəsində İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədovun hesabat məruzəsindən
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin apardığı dövlət quruculuğu sayəsində Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq yerli idarəetmə orqanı kimi bələdiyyələr sosial təsisatlar sisteminin aparıcı qurumlarından birinə çevrilmişdir. Bələdiyyələr bir sosial faktor kimi, ölkənin demokratikləşməsində, insan, hüquq və azadlıqlarının genişlənməsində, dünya sivilzasiyasına inteqrasiya prosesində daha böyük missiyanı öz üzərinə götürmüşdür. Sosioloq A.Tokvil “Amerikada demokratiya” əsərində yazırdı: “İcma təsisatları müstəqilliyin bərqərar olması üçün, elm üçün ibtidai məktəblərin oynadığı rolu oynayır; onlar xalq üçün azadlığa gedən yolu göstərir və bu azadliqdan istifadə etməyi öyrədir. İcma təsisatları olmadan da millət azad hökumət yarada bilər, ancaq əsl azadlıq ruhunu heç vaxt əldə edə bilməz”
Sosial qayğılar fəaliyyət proqramımızdır
Sosial qayğılar fəaliyyət proqramımızdır
Ulu öndərimizin layiqli davamçısı hörmətli prezidentimiz cənab İ.Əliyevin apardığı siyasətin nəticəsində azadlıq, müstəqillik, vətənpərvərlik, təşəbbüskarlıq kimi, yüksək mənəvi keyfiyyətlərin daha da dərinləşməsi üçün bələdiyyələr öz müsbət rolunu oynamaqdadır. Bu münasibətlərin nəticələri hesabat dövründə özünü göstərir. Vətəndaş və bələdiyyə münasibətlərinin fəallaşması, əks-əlaqənin gerçəkləşməsi daha samballı işlərin reallaşmasına səbəb olmuşdur. 2012-ci il Azərbaycan Respublikası MM-nin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə qonşu Mican və İsmayıllı kənd bələdiyyələrinin ləğv olunaraq İsmayıllı bələdiyyəsinə birləşməsi ilə yadda qalan oldu. Bu, gəlirlərin artması ilə bərabər, həm də məsuliyyətin artması demək idi. Uzun illər kənd psixologiyasında yaşayan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən minlərlə insanın birdən-birə şəhər qanunlarına uyğunlaşması özünəməxsus problemlər yaradır. Təbii ki, bu problemlər ümumi rayon çərçivəsində həll olunur ki, bu sahədə əmək sərf edən hər kəsə minnətdarlığımızı bildiririk.
Bu gün biz “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qarşınızda hesabat veririk.
2013-cü ildə İsmayıllı bələdiyyəsinə 354 ərizə daxil olub. Müraciət edənlərin 178 nəfəri həyətyanı torpaq sahəsi almaq istədiyini bildirib. Onlardan 80 nəfərinə həyətyanı torpaq sahəsi satılıb. 20 nəfər torpaq sahəsi almaq növbəsinə götürülüb. Torpaq alqısı ilə bağlı 78 nəfərin sənədi əlaqədar idarələrə təqdim olunub. Ərizəsi bələdiyyəyə daxil olan 16 nəfər maddi yardıma ehtiyacı olduğunu bildirib. Ərizəsində 50 nəfər sahibkarlıqla məşğul olmaq istədiyini, 20 nəfər isə torpaq sənədlərinin düzgün hazırlanmamasını qeyd edib. 90 nəfərin müraciəti müxtəlif sahələr üzrə olub.
Məruzəsi dinlənən bələdiyyə sədri Fəqan Məmmədov hesabat dövründə şəhərin Natiq Behdiyev küçəsinin əsaslı təmir olunduğunu, Mican ərazisində şəhid Cəlal Rüstəmovun xatirəsinə bulaq tikildiyini, Q.Aslanov küçəsində abadliq işlərinin aparıldığını, Qəzli ərazisində körpünün, Mican ərazisində artezian quyusunun təmir olunduğunu diqqətə çatdırıb.
F.Məmmədov şəhər ərazisində tarixi günlərin, bayramların, mədəni-kütləvi tədbirlərin keçirilməsi, gənclərin asudə vaxtlarının təşkili, onların elmə, təhsilə istiqamətləndirilməsi sahəsində görülən işlərdən danışıb.
Aztəminatlı ailələrə qayğı məsələsinə toxunan bələdiyyə sədri fərdi qaydada təhsil alan şəhər məktəblilərinə edilən maddi və mənəvi dəstəkdən də söz açıb.
Bələdiyyə sədri hesabat məruzəsində şəhərdə ağacların və yaşıllıqların qorunması, sanitariya tələblərinin ödənilməsi, əkin sahələrinin yanğından qorunması məsələlərinə də yer verib.
Sosial qayğılar fəaliyyət proqramımızdır
Məruzədə 2013-cü il üçün bələdiyyə gəlirlərinin 170 min manat proqnozlaşdırılması, faktiki gəlirlərin isə 239161 manata çatdırılması, proqnoza 141 faiz əməl olunması vurğulanıb. Bələdiyyənin 2013-cü il üçün büdcə xərcləri 170 min manat proqnozlaşdığı halda, 220272 manat pul vəsait xərclənib.
Büdcəyə torpaq satışından 173571, torpaq vergisindən 24952, əmlak vergisindən 4991, torpaq icarəsindən 12625, avtomobil dayanacağından 1760, əmlakın icarəyə verilməsindən 1350, reklam yerlərinin icarəsindən 1057, Dövlət tərəfindən verilən dotasiya 5600, ianələrdən 13255 manat vəsait daxil olub.
2013-cü ildə İsmayıllı bələdiyyəsində görülən işlərə ümumilikdə 138889 manat vəsait xərclənib.
Bundan əlavə, bələdiyyənin digər xərcləri haqqında tam məlumatları hesabatı dinləyən şəhər sakinlərinin diqqətinə çatdıran bələdiyyə sədri F.Məmmədov 2014-cü il yanvar ayının 1-ə İsmayıllı bələdiyyəsinin hesabında 18978 manat xərclənməmiş vəsait qaldığını bildirib.
Hesabatdan göründüyü kimi, İsmayıllı bələdiyyəsi diqqətə layiq işlər görüb. Lakin görüləcək işlər də çoxdur. Ən mühüm məsələ yeni birləşmiş ərazilər də daxil olmaqla uçot sisteminin yaradılmasıdır. Adətən, vətəndaşlar şəxsi mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda və ya bagışladıqda yeni torpaq sahibləri qeydiyyata düşmürlər, halbuki, Vergi Məcəlləsinə görə mülkiyyət sahibi olan fiziki şəxslər bir ay müddətində yerli idarəetmə orqaninda qeydiyyata durmalıdırlar.
Sədr bildirib ki, dövrün tələblərinə uyğun olaraq, bələdiyyənin elektron səhifəsi yaradılıb və istifadəyə verilib. Hər bir vətəndaş səhifəmizə daxil olub istədiyi məlumatı ala və ya onlayın şəklində müraciət edə bilər.
Problemlərimizdən biri də vətəndaşların ödənişlərə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma nail ola bilməmişik. 2013- cü ildə torpaq vergi yığımına 58 faiz, əmlak vergisinin toplanmasına 41 faiz, icarə haqlarının yığılmasına 140 faiz əməl olunub.
Fürsətdən istifadə edən F.Məmmədov İsmayıllı şəhər sakinlərinə torpaq və əmlak vergilərini, torpaq icarə haqlarını vaxtında ödəmələri barədə müraciət edib. O bildirib ki, torpaq halallıq sevir, torpaq vergisinin ödənilməsi vətəndaşın torpağa, vətənə olan münasibətidir.
**
İsmayıllı bələdiyyəsinin 2013-cü ildə gördüyü işlərə dair hesabatı və 2014-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağında şəhər sakinləri ilə yanaşı bələdiyyə üzvləri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Göyçay Ədliyyə Şöbəsinin əməkdaşı Teymur Mustafayev iştirak edib.
Çıxışında illik hesabata münasibət bildirən bələdiyyə sədrinin müavini Qüdrət Kazımov görülmüş işləri yüksək qiymətləndirib. O qeyd edib ki, şəhərdə gedən quruculuq və abadlıq işlərində bələdiyyənin də yaxından iştirakı olub. İl boyu sosial problemlər diqqət mərkəzində saxlanılıb. Bələdiyyə artıq 2014-cü il üçün də fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
İsmayıllı şəhər sakini Tahir Mikayılov N.Behdiyev küçəsindəki abadlaşdırma işlərinə görə bələdiyyəyə minnətdarlığını bildirib. O, quruculuq işlərini imkan daxilində digər küçələrdə də davam etdirilməsini xahiş edib. T.Mikayılov həmçinin bələdiyyə ilə İcra Hakimiyyətinin qarşılıqlı əlaqələrindən razılığını bildirib.
İsmayıllı şəhəri Mican məhəlləsinin sakini Firudin Rüstəmov R.Mahmudov küçəsində şəhid Cəlal Rüstəmovun xatirəsini əbədiləşdirən bulaq kompleksinə görə bələdiyyə rəhbərliyinə minnətdarlığını bildirib. O, bu abidəni şəhidlərin xatirəsinə böyük hörmət əlaməti kimi dəyərləndirib.
Yığıncaqda iştirak və çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin Həmkarlar Təşkilatının sədri Hafiz Kərimov bələdiyyənin illik fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərin miqyasının əvvəlki illərə görə genişləndiyini bildirib. Bu yolun davam etdirməsini faydalı hesab edib. O, eləcə də, bələdiyyə ərazisindəki yolların təhlükəsizlik məsələsinə diqqətin artırılmasının vacibliyini məsləhət görüb.
Sosial qayğılar fəaliyyət proqramımızdır
Sosial qayğılar fəaliyyət proqramımızdır
Aşağıbaş məhəlləsinin sakini Ehsan Zahidov, Mican məhəlləsinin sakini Əfqan Məmmədov şəhərin bu ərazilərində yolların bərbadlığından şikayət ediblər.
İsmayıllı Bələdiyyəsi sədrinin köməkçisi Rövşən Şirəliyev bələdiyyənin 2014-cü ildəki fəaliyyətini müsbət qiymətləndirib. O, 2014-cü il bələdiyyələrdə seçki ili olduğundan seçicilərlə əlaqələrin daha da genişləndirilməsini, əhali arasında vergi intizamının möhkəmləndirilməsini zəruri sayıb.
O, çıxışında əhali arasında ideoloji, mənəvi maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyindən danışıb, gənclərlə işə diqqətin artırılmasının zərurıliyini vurğulayıb.
R.Şirəliyev çıxışında ərazidən keçən Əyriçayın ekoloji vəziyyətinin yaxşılaşdırılması barədə əlaqədar təşkilatlar qarşısında təşəbbüs qaldırmağın vaxtı çatdığını söyləyib.
Bələdiyyə üzvü, Sosial Məsələlər daimi komissiyasının sədri Şahməmməd Soltanov 2013-cü ildə görülmüş işləri qənaətbəxş saydı və qeyd etdi ki, bələdiyyə şəhərdə təşkil olunan və keçirilən mədəni-kütləvi tədbirlərdə layiqli iştirak edib. Bu sahəyə diqqəti daha da gücləndirmək lazımdır. Ş.Soltanov qeyd edib ki, bələdiyyənin məhəllə komitələrinin fəaliyyəti qənaətbəxş deyil, bu işə tam ciddi yanaşılmalı və işlək struktur formalaşmalıdır. Məhəllə komitələrinin tərkibinə ağsaqqalların, gənclərin, hətta, məktəblərin yuxarı sinif şagirdlərinin fəallarının cəlb olunması məqsədəuyğundur.
Yığıncaqda iştirak edən RİH başçısının birinci müavini Rövşən Ağayev müzakirə olunan məsələlərin əhəmiyyətinə görə razılığını bildirib. O, mənəviyyat məsələlərinin gündəmə gətirilməsini yaxşı hal kimi qeyd edib. Mənəviyyatda buraxılan səhvləri aradan qaldırmaq üçün zamana daha çox ehtiyac olur. Görülən abadlıq işləri nə qədər əhəmiyyətlidirsə, mənəvi problemlərin gündəmdə saxlanılması, bu sahədə tədbirlərin görülməsi bir o qədər əhəmiyyətlidir. Zərərli dini təriqətlərin dirçəlməsinə, inkişafına yol vermək olmaz.
Əhali ilə münasibətlər ciddi şəkildə yaxşılaşdırılmalı, onların sosial qayğıları bələdiyyənin fəaliyyət proqramına çevrilməlidir. Bu işdə gənclərə ayrılan diqqət inkişafımız, gələcəyimiz naminə daha da artırılmalıdır.
Sonda iclas iştirakçıları İsmayıllı bələdiyyəsinin 2013-cü ildə gördüyü işləri qənaətbəxş hesab edib. 2014-cü ildə görüləcək işlərin istiqamətini müəyyənləşdirən qərar layihəsi oxunub.
Şahməmməd Soltanov

Şərh Yaz