Xocalı – qan yaddaşımız

Fevral ayının 26-da İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində RİH başçısının 5 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq tədbir keçirilib.
Xocalı - qan yaddaşımızXocalı – qan yaddaşımız
Fevral ayının 26-da İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində RİH başçısının 5 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq tədbir keçirilib.
Xocalı - qan yaddaşımız
Tədbiri giriş sözü RTŞ-nın metodisti Şəkurə Quliyeva açıb. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova başımıza gətirilən ağır müsibətlərdən danışıb. Bildirib ki, Xocalı faciəsini unutmamalı, yaddaşımıza əbədi həkk etməliyik.
RTŞ-nin müdiri Rasim Orucov məktəblərdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov ermənilərin xalqımıza qarşı zaman-zaman tutduğu düşmənçilik mövqeyindən danışıb.
Şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya göstəriblər.
Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan rəsm, inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlara Diplom və Fəxri fərmanlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz