Gənclərin yeni il şənliyi

Gənclərin yeni il şənliyi
Artıq 2013-cü il arxada qaldı. İlan ilinin ismayıllılar üçün yaddaqalan olduğu göz qabağındadır. Yeni il bayramı arxada qalsa da ismayıllılar hələ də bayram ab-havasındadırlar. Buna görə də bir neçə gün geriyə, 30 dekabr 2013-cü tarixinə qayıdaq.

Gənclərin yeni il şənliyi

Artıq 2013-cü il arxada qaldı. İlan ilinin ismayıllılar üçün yaddaqalan olduğu göz qabağındadır. Yeni il bayramı arxada qalsa da ismayıllılar hələ də bayram ab-havasındadırlar. Buna görə də bir neçə gün geriyə, 30 dekabr 2013-cü tarixinə qayıdaq.
2013-cü ilin İsmayıllı gəncləri üçün əvəzedilməz olduğunu bir gənc olaraq bilirəm. Lakin, gənclərimizin şərəfinə təşkil edilmiş Yeni il şənliyi il ərzində keçirilən tədbirlərdən ən yadda qalanı oldu. Gənclərimiz bəlkə də ilk şənlik idi ki, özlərini belə rahat, azad və xoşbəxt hiss edirdilər. Rayonun fəal gəncləri, istedadlı idmançıları həmin gün “Gülüstün” şadlıq sarayında təşkil edilən şənlikdə bir araya gəldilər. Bir-biriləri ilə tanış oldular, oxudular, oynadılar, əsl həmrəylik nümayiş etdirdilər. Həmin tədbirdə ölkənin nüfuzlu telekanallarının əməkdaşları da iştirak edirdilər, onların sayəsində bu tədbirin təntənəsi bütün Azərbaycana yayıldı.
Şənliyin aparıcıları Rövşən Teyyubov, Şəhla Ramazanova, Elmin Məmmədli və Ayşən Bəşirlinin gəncləri salamlaması diqqəti bir nöqtəyə cəmləyə bildi.
Gənclərin yeni il şənliyi Gənclərin yeni il şənliyi
İlk çıxışı isə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev etdi. O, RİH başçısı Mirdaməd Sadıqovun gənclərə təbrikini çatdırdı. Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin uğurla davam etdirildiyini bildirdi. Eyni zamanda 2013-cü ildə İsmayıllıda gənclərin cəmiyyətdə aktiv fəaliyyətindən, gənc kadrların işə qəbulu sahəsində atılan addımlardan danışdı. Tədbirin öncəkilərdən tamamən fərqli təşkil edildiyini xüsusi qeyd etdi. Bunun gənclərlə iş sahəsində atılan yeni addımlardan xəbər verdiyi kimi dəyərləndirdi.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək qazanılan uğurlardan danışdı. O bildirdi ki, gənclərlə mütəmadi şəkildə görüşlərin keçirilməsi vacibdir.
2013-cü ildə nailiyyətlər əldə etmiş idmançılar və rayonun fəal gəncləri müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Mükafatlandırma mərasimindən sonra tədbirin bədii hissəsi başladı. Ən yaxşı şeir söyləmək yarışı keçirildi. Yarışda vətənpərvərlik və sevgi mövzusunda şeirlər səsləndirildi. Rəşad Paşazadə və tələbələrinin hazırladığı flaşmob və mahnı maraqla izlənildi, alqışlarla qarşılandı.
Tədbirin ən yadda qalan parçası Şaxta baba və Qar qızın avtomobillə zala gəlməsi oldu. Şaxta baba Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə gəncləri təbrik etdi. Şaxta babanı dövrəyə alan gənclər onunla rəqs etdilər.
Sahibə Abdullayeva, Sevil İsmayılqızı, Kamilə Nəbiyeva, Piralı Şıxıyevin ifaları şənliyə rəng qatdı. Şənlik gənclərin zövqünü oxşayan musiqilərin səsləndirilməsi, maraqlı və dinamik rəqslərlə davam etdi.
Çinarə Bəhərçinli

Şərh Yaz