Bayram axşamı

Ən azı 25 əsrlik tarixə malik Yeni il bayramı dünyanın əksər ölkələrində ənənəvi şəkildə qeyd olunur. Miladi təqvimlə köhnə ilin arxada qalmasını bayram edən insanlar, yeni ilin daha xoş keçəcəyinə inanaraq bayramda şənlənirlər. Bu bayram İsmayıllıda da möhtəşəm keçirilib.

Belə ki, axşam saatlarından başlayaraq şənliyə qatılanlar hündürlüyü 22 metr olan, rəngarəng işıqlarla bəzədilmiş yolkanın ətrafında bayram sevinclərini bölüşüblər. İlan ilini yola salanlar Şaxta baba, Qar qız və nağıl qəhrəmanları ilə şəkillər çəkdirib, musiqi sədaları altında rəqs ediblər.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək ismayıllılara icra başçısı Mirdaməd Sadıqovun təbriklərini çatdırıb. O, həmçinin arxada qalan 2013-cü ildə İsmayıllıdakı köklü dəyişikliklərdən, aparılan quruculuq-abadlıq işlərindən danışıb, ümumilikdə, ilin İsmayıllı üçün düşərli olduğunu deyib. S.Əhmədova 2014-cü ilin daha uğurlu olacağına inandığını dilə gətirib.
İsmayıllının mərkəzi meydanında, Heydər Əliyev Mərkəzinin önündə keçirilən bu tədbirdə rayonun tanınmış müğənniləri ətrafdakılara xoş dəqiqələr yaşadan mahnılar oxuyublar.
İlan ilinin öz yerini At ilinə verəcəyi dəqiqələrdə Mərkəzin önündə qurulmuş monitor vasitəsi ilə Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki səsləndirilib.
İllərin qovuşduğu anda möhtəşəm atəşfəşanlıq olub.
Çinarə Bəhərçinli

Şərh Yaz