Yekunlar və nəticələr

Yekunlar və nəticələr

Rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahənin inkişafı rayonun ümumi iqtisadi vəziyyətinin dəyişməsində aparıcı rola malikdir. Bitkiçilik isə əsas sahələrdən biridir. Biz həmin sahəni əvvəlki illə müqayisəli şəkildə təhlil edəcəyik. Bitkiçilikdə əsas yeri isə buğda və arpa təşkil edir.Yekunlar və nəticələr

Rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahənin inkişafı rayonun ümumi iqtisadi vəziyyətinin dəyişməsində aparıcı rola malikdir. Bitkiçilik isə əsas sahələrdən biridir. Biz həmin sahəni əvvəlki illə müqayisəli şəkildə təhlil edəcəyik. Bitkiçilikdə əsas yeri isə buğda və arpa təşkil edir.

2013-cü ildə rayonda dənlik qarğıdalı da daxil olmaqla 29832 hektar sahədən 80894 ton taxıl toplanmışdır ki, bu da ötən ilin səviyyəsindən 15344 ton çoxdur. Ümumiyyətlə, 2013-cü il rayonda taxıl istehsalına görə rekord nəticə qazanılmışdır. Hektardan orta məhsuldarlıq 27,1 sentnerə çatmışdır. Onu da vurğulamaq lazımdır ki, istehsal edilmiş taxılın 88 faizdən artığı fərdi sahibkarlar və ailə-kəndli, həmçinin ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur. Taxıl istehsalının əsasını yumşaq buğda təşkil edir. Rayonda 22991 hektarda buğda, 5647 hektarda isə arpa səpini aparılmışdır. Məhsuldarlıq da əvvəlki illə müqayisədə artmışdır. Müvafiq olaraq məhsul istehsalı da çoxdur. Anbarlara 62938 ton buğda, 15091 ton arpa toplanmışdır. İstehsal edilmiş buğdanın 89,4 faizi, arpanın 86 faizdən çoxu fərdi sahibkarlar və ailə-kəndli, həmçinin ev təsərrüfatları hesabınadır.
Yekunlar və nəticələr
Rayonda digər dənli-paxlalı bitkilər də əkilib-becərilir. Həmin bitkilər də fərdi təsərrüfatların və ayrı-ayrı ailələrin əməyi sayəsində becərilir. Rayonda becərilən lobya, noxud, dən üçün qarğıdalı, yemlik paxla, günəbaxan bitkilərindən də yüksək məhsul əldə edilmişdir.
Bu il rayonda 414 hektar sahədən 505 ton dənlik günəbaxan toplanmışdır. Həmin məhsul keçən ilkindən 115 ton çoxdur. Yola saldığımız ildə 12 hektar artıq günəbaxan səpilmişdir.
Son illər rayonda tərəvəz əkininə diqqət verilir. Bu il rayonda 760 hektar sahədən 6448 ton kartof toplanmışdır ki, əvvəlki illə müqayisədə 84 ton çoxdur. Kartofun hamısı fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal edilmişdir.
2013-cü ildə rayonda tərəvəz əkininə qayğı artırılmışdır. İl ərzində 791 hektardan 7420 ton tərəvəz toplanmışdır. Əkin sahəsi 4 hektar artdığına görə 86 ton çox tərəvəz əldə edilmişdir. Bu da sahibkarlar və ailə-kəndli təsərrüfatlarının payına düşür. Bu il rayonda 735 ton kələm, 1456 ton xiyar, 1223 ton pomidor və sair tərəvəzlər istehsal edilərək əhalinin istifadəsinə verilmişdir. Xeyli miqdarda soğan və sarımsaq da istehsal olunmuşdur.
Yeri gəlmişkən, qeyd edək ki, heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün xeyli yem toplanmışdır. Bunun 2621 tonu birillik yaşıl yem, 519 tonu quru ot və 18633 tonu yoncadır. Toplanmış yem bitkilərindən 425 ton yonca fərdi sahibkarlar və ailə-kəndli, həm də ev təsərrüfatlarına aiddir.
Son illər rayonda meyvə bağlarının və üzümlüklərin genişləndirilməsinə diqqət artırılmışdır. Hazırda rayonda 1005 hektar meyvə bağı, 847 hektar üzümlük vardır. İstər meyvə bağlarının, istərsə də üzümlüklərin 802 hektarı barverəndir. Beləliklə, həmin sahələrdən 8030 ton meyvə, 5320 ton üzüm əldə edilmişdir. Hər iki sahədə hektardan məhsuldarlıq keçən illə müqayisədə çoxdur.
Üzümçülüyün gəlirli bir sahə olduğunu nəzərə alsaq rayonda bu sahənin inkişafına diqqət daha da artmaqdadır. Yola saldığımız ildə rayonda 28 hektar yeni üzüm bağı salınmışdır. İl ərzində talvar üzümləri də daxil olmaqla rayonda 1165 ton üzüm istehsal olunmuşdur. Belə olan halda, qarşımızda duran əsas vəzifə rayonumuzda olan üzüm bağlarının sahəsini və məhsul istehsalını keçmiş illərin səviyyəsinə çatdırmaqdan ibarətdir.
Artıq gələn ilin məhsulunun qayğısına qalmaq zamanıdır. Dekabrın 1-dək rayonda 22870 hektara buğda, 5797 hektara isə arpa səpilmişdir. Payızlıq bitkilərin səpini keçən illə müqayisədə 285 hektar çoxdur. Səpində aqrotexniki qaydalara tam riayət edilmişdir.
D.Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini

Şərh Yaz