Düz olmağın fəziləti

“İsmayıllı xəbərləri” qəzetinin 20 dekabr 2013-cü il tarixli nömrəsində “İnsan düşüncəsi şərə kökləndisə, heç” başlığı ilə yazılmış məqaləni diqqətlə oxudum. Yazıda qeyd etdiklərinizlə tam razıyam. Məncə, haqqı, ədaləti dananların ünvanına burada deyilənlər hələ azdır. Həqiqətən də İsmayıllıda quruculuq-abadlıq işləri sürətlə aparılır. Rayondakı inkişaf, aparılan quruculuq işləri vətənini sevən hər kəsə sevinc bəxş edir.
Mənim üçün Azərbaycanın bütün bölgələri gözəldir. Çünki, müasir Azərbaycan Ulu öndərin şah əsəridir.
Məqalədə adı çəkilən xəbər agentliyinin yazısı İsmayıllıdakı inkişafı görmək istəməməkdən qaynaqlanır.
Yola saldığımız ilin avqust ayında prezident İlham Əliyev İsmayıllıya gəldi və görülmüş işlərdən razı qaldığını bildirdi. Belə məqamda kimlərinsə İsmayıllını bəyənməməsini heç cürə anlamaq olmur.
Təkcə avqust və sentyabr aylarında rayonda görülən ürəkaçan işlərə görə bir vətəndaş kimi, prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərmişəm.
Yazılanlara qayıdırıq

İndi İsmayıllıya el ağsaqqalı, əsl ziyalı insan Mirdaməd Sadıqov rəhbərlik edir. Bu seçimi hörmətli Prezidentimiz edib.
M.Sadıqovun rəhbərliyi altında görülən işlərdən danışmaq istəmirəm. Çünki, İsmayıllı sakinləri qısa müddətdə görülən işlərin, edilən dəyişikliklərin şahididir. Mirdaməd müəllimin tərifə ehtiyacı yoxdur və bunu sevmir də.
Amma, hər kəs hansısa bir sözü, fikri səsləndirməmişdən öncə onun həqiqət olub-olmamasının fərqinə varmalıdır. Ən azından Allah yanında günah sahibi olmamaqdan ötrü.
Rayonun Diyallı kəndində yaşayıram. Uzun illərdir ki, kəndin sosial problemləri həll edilmirdi. Ancaq Mirdaməd müəllimin şəxsi təşəbbüsü sayəsində burada problemlər həllini tapdı.
Xeyirxah insanın gördüyü yaxşı işlərə qiymət vermək istəməyənlər, bulanıq suda balıq tutmaq fikrinə düşənlərdir.
Elimizin xeyirxah oğlu Mirdaməd müəllim tez-tez rayonun müxtəlif kəndlərinə gedir, əhalinin güzəranı, kəndlərdə vəziyyətlə maraqlanır. Hamını işgüzar, səmimi, ədalətli olmağa çağırır. Sonda deyəcəyim fikri də elə ondan eşitmişəm: Bir düz xətt min əyri xətti kəsir. Kəsilməyə, kiçilməyə can atmayın. Düz olmağın fəziləti böyükdür.
Rəhman Nuğayev

Şərh Yaz