Gənclər keçmişi öyrənirlər

Azərbaycan xalqı zəngin folklora malikdir. Uzun illər ziyalılarımız bu qiymətli xəzinəni öyrənir, tədqiq edir, gələcək nəsillərə ötürür. Hər bir Azərbaycan kəndində istənilən qədər bayatı, rəvayət, nağıl, tapmaca və sair folklor nümunəsi toplamaq mümkündür. Bu irsin toplanmasına gənc nəslin maraq göstərməsi, məni bir müəllim kimi xeyli sevindirir. Dediyimlə əlaqədar, yaxın günlərdə şahidi və iştirakçısı olduğum bir məsələ barədə söz açmaq istəyirəm.

Axşamüstü idi. Həyətimizə tanımadığım iki nəfər daxil oldu, biri qız uşağı idi. Məlum oldu ki, onlar ata-baladır. Tanış olduqda bildim ki, qız – Güllü Manafova bu il yüksək balla Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Atası Kamal Manafov da onunla birlikdə gəlmişdi. Kəndə daxil olanda ilk rast gəldiyi adama yaxınlaşıb gəlişlərinin məqsədini bildirirlər. Onlara bizim evi nişan verirlər.
Tanışlıqdan sonra bəlli oldu ki, Güllü gələcəyin ədəbiyyatçısı kimi, rayonumuza folklor nümunələrini – əmək nəğmələri, laylalar, bayatılar, atalar sözləri , tapmacalar, rəvayət və dastanlar, sayaçı sözləri, holavarlar və sair toplamaq məqsədilə gəlmişdir. Kəndin keçmiş adət və ənənələri ilə tanışlıq da onun üçün maraqlı idi. Bu mövzuda da xeyli söhbət etdik.
Tələbə qızın bu təşəbbüsünü ürəkdən bəyəndim, şifahi xalq ədəbiyyatının mənasını, mahiyyətini ona izah etdim. Ona yeni, bəlkə də eşitmədiyi rəvayətlər danışdım. Kəndimizin adət və ənənələrini – qız almaq, oğul evləndirmək kimi məsələlərə toxundum. Qıza elçilik etmək, qız evinə aparılan xonçalardan, qız evindən hə cavabının alınması məsələlərdən söz açdım. Toylarımızda ən çox aşıq musiqisinə yer verilməsini qeyd etdim. Qız qapıdan çıxanda başı üzərində çörək iki hissəyə bölünür bu da hər iki evə ruzi-bərəkət arzulamaq anlamına gəlir. Qız evdən çıxanda onun cibinə daş qoyulur, yəni sən ər evində daş kimi lal olmalısan.
Güllü xanım məndən eşitdiklərini dəftərçəsinə qeyd etdi, həm də lentə yazdı. Tələbə qızın bu sahəyə olan marağı məni xeyli sevindirdi. O, mənə razılığını bildirdi. Əgər ona kiçicik bir köməyim dəyibsə, çox məmnun qalaram. Mən də öz növbəmdə Güllüyə təhsil yollarında uğurlar arzulayıram.
Səfa Məmmədov,
Topçu kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz