Görkəmli dövlət xadimi, təvazökar insan

Basqal torpağı təkcə Azərbaycan deyil, bütövlükdə dünya elminə böyük töhfələr vermiş, görkəmli alimlər, həmçinin dövlət və mədəniyyət xadimləri, ədiblər, şairlər, düşmənə qarşı oldu cəbhələrdə qəhrəmanlıq göstərmiş igidlər, tanınmış sənətkarlar yetişdirmişdir.
Yazıçı-jurnalist Miryavər Hüseynov uzun illər ərzində belə məşhur insanlarla görüşmüş, onların həyat və fəaliyyətini əsl peşəkar jurnalist bacarığı ilə qələmə almışdır.
Redaksiyamız bu nömrədən başlayaraq böyük məmnuniyyətlə Miryavər müəllimin silsilə yazılarını oxucuların nəzərinə çatdırmağı planlaşdırıb.


Ulu Basqalın elm korifeyləri və məşhur ictimai xadimləri

Basqal torpağı təkcə Azərbaycan deyil, bütövlükdə dünya elminə böyük töhfələr vermiş, görkəmli alimlər, həmçinin dövlət və mədəniyyət xadimləri, ədiblər, şairlər, düşmənə qarşı oldu cəbhələrdə qəhrəmanlıq göstərmiş igidlər, tanınmış sənətkarlar yetişdirmişdir.
Yazıçı-jurnalist Miryavər Hüseynov uzun illər ərzində belə məşhur insanlarla görüşmüş, onların həyat və fəaliyyətini əsl peşəkar jurnalist bacarığı ilə qələmə almışdır.
Redaksiyamız bu nömrədən başlayaraq böyük məmnuniyyətlə Miryavər müəllimin silsilə yazılarını oxucuların nəzərinə çatdırmağı planlaşdırıb.

Görkəmli dövlət xadimi, təvazökar insan
Görkəmli dövlət xadimi, təvazökar insan
Kazım Mirheydər oğlu İsmayılov (əslində Mirkazım Mirheydər oğlu Mirismayılov) ölümündən bir neçə ay əvvəl qəlbi qədər sevdiyi Basqalda bir həftəliyə qonaq qalmışdı. Axı, atam Məşədi Seyidrəsul ağa onun doğma dayısı idi. Basqal müəllimləri İsitmə bağında onun ayaqları altında hörmət və hədsiz sevinc əlaməti olaraq qoç kəsdilər. Şən əhval-ruhiyyə səhərdən axşama kimi günün necə keçdiyini hiss etdirmədi. Ertəsi gün Mirkazım müəllimin Basqal məktəbliləri və valideynlərlə də görüşü çox hərarətli keçdi. Məktəbimizə özünün qaynar mübarizələrlə dolu həyatını əks etdirən fotoalbom bağışladı. Albomun üzərinə görkəmli həmyerlimizin 402-ci diviziyanın komissarı olarkən sinəsində çoxsaylı orden və medallar, deputatlıq nişanları görünən portreti yapışdırılmışdı. Polkovnik Kazım İsmayılov Böyük Vətən müharibəsi cəbhələrinə yola düşərkən SSRİ Ali Sovetinin, Azərbaycan SSRİ Ali Sovetinin və Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı idi. Xalqa xidmət etməyin əsl nümunəsi olan bu sədaqətli, prinsipial, mətin insanın zəngin bioqrafiyasından bəzi məqamlarla oxucunu tanış etməyi lazım bilirik.
Görkəmli dövlət xadimi, təvazökar insan
Kazım Mirheydər oğlu İsmayılov 22 noyabr 1905-ci ildə keçmiş Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun)Basqal qəsəbəsində anadan olmuşdur. 1922-ci ildə könüllü olaraq ordu sıralarında xidmət etmişdir. 1924-cü ildə ordudan tərxis olunduqdan sonra K.İsmayılov Bakıda mexaniki emalatxanalarda çilingər köməkçisi işləyir. Sonrakı illərdə Azərbaycan komsomolu Mərkəzi Komitəsinin ikinci katibi və Naxçıvan vilayət partiya Komitəsinin birinci katibi olur.
Böyük Vətən müharibəsinin ilk günlərindən Kazım İsmayılov döyüşən ordu sıralarına qoşulmuş, 402-ci, 72-ci, 378-ci, 39-cu atıcı diviziyaların siyasi şöbəsinin rəisi olmuş, alman faşist işğalçıları ilə çarpışmalarda bilavasitə iştirak etmişdir. 1945-ci ildə ordudan buraxıldıqdan sonra Kazım İsmayılov yenidən partiya işinə getmiş-Ağdaş və Salyan rayon partiya komitələrinin birinci katibi, Azərbaycan KP-nin inzibati orqanlar şöbəsinin müdiri olmuşdur. O, bir sıra çağrışlı: SSRİ Ali Sovetinin, Azərbaycan Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı olmuşdur.
K.İsmayılov iki Lenin ordeni, Qırmızı Əmək bayrağı, “Şərəf nişanı” ordenləri və bir çox başqa orden və medallarla təltif olunmuşdur.
Bütün ömrünü xalqına sədaqətə həsr etmiş olan bu mübariz insan 1981-ci il mart ayının 21-də 76 yaşında vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdi.
Onun şanlı həyat yolunu oğlanları Tofiq və Telman İsmayılovlar, qızı Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova böyük əzmkarlıqla davam etdirmişlər.
Miryavər Hüseynov
Görkəmli dövlət xadimi, təvazökar insan

Şərh Yaz