Yaddas kitabcasi

Pnevmokok infeksiyası əleyhinə peyvənd

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə körpələr və kiçik yaşlı uşaqlar arasında xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindən biri pnevmokok streptokokları tərəfindən törədilən xəstəliklərdir. Həmin bakteriyalarla yoluxma nəticəsində baş verən pnevmoniya, meningit, bakteremiya, sinusit, otit və sair xəstəliklərdən hər il dünyada 500 minə qədər uşaq ölür. Bu xəstəliklər əsasən 5 yaşa qədər uşaqlar arasında qeydə alınır və bunlardan xəstəliyə yoluxma ehtimalı böyük olan 2 yaşa qədər uşaqlardır. Pnevmokok infeksiyası əleyhinə peyvənd

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə körpələr və kiçik yaşlı uşaqlar arasında xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindən biri pnevmokok streptokokları tərəfindən törədilən xəstəliklərdir. Həmin bakteriyalarla yoluxma nəticəsində baş verən pnevmoniya, meningit, bakteremiya, sinusit, otit və sair xəstəliklərdən hər il dünyada 500 minə qədər uşaq ölür. Bu xəstəliklər əsasən 5 yaşa qədər uşaqlar arasında qeydə alınır və bunlardan xəstəliyə yoluxma ehtimalı böyük olan 2 yaşa qədər uşaqlardır.

Qeyd olunan xəstəliklərin qarşısının alınması məqsədilə bir çox ölkələrdə pnevmokok əleyhinə vaksindən istifadə edilir. ÜST-nin tövsiyələrini nəzərə alaraq bu ilin əvvəlindən həmin peyvəndin respublikamızda da tətbiqinə başlanılması üçün lazımi hazırlıq işləri həyata keçirilmişdir. Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən yerlərdə tibb işçiləri ilə seminarlar keçirilmiş, onlara lazımi təlimatlar, əlavə səhiyyə maarifi üçün materiallar paylanmışdır. Yerlərdə lazım olan peyvəndlərin saxlanması və vurulması üçün əlavə avadanlıq və ləvazimatlar haqqında sifarişlər verilmişdir.
Nazirliyin əmrinə uyğun olaraq 2013-cü ilin dekabr ayının 1-dən uşaqların pnevmokok infeksiyaları əleyhinə peyvənd olunmasına başlanacaqdır. Bununla əlaqədar Milli profilaktik peyvənd təqviminə lazımi əlavələr edilmişdir. İmmunizasiya məqsədilə 10 valentli konyuqasiya olunmuş pnevmokok vaksinindən (PCV) istifadə olunacaqdır. Vaksinin Geniş İmmunlaşdırma Proqramı çərçivəsində digər peyvəndlərlə yanaşı vurulması nəzərdə tutulur. Pnevmokok peyvəndi körpə uşaqlara 0,5 millilitr dozada əzələ daxilinə yeridilir. Vaksinasiya 3 dozadan ibarətdir, dozalararası interval 4 həftədən az olmamalıdır. Peyvənd uşağa 2 aylıqda birinci doza, 4 aylıqda ikinci doza və 6 aylıqda üçüncü doza vurulur. Hər hansı səbəbdən peyvənddən kənarda qalmış uşaqlara peyvəndin tam kursu 2 yaşa qədər aparılmalıdır.
Hörmətli valideynlər! Uşaqlarınızı vaxtlı-vaxtında müalicə-profilaktika müəssisələrinə apararaq yoluxucu xəstəliklərə qarşı, o cümlədən pnevmokok bakteriyaları tərəfindən törədilən infeksiyalara qarşı peyvənd etdirin. Bununla övladlarınızı bir sıra qorxulu xəstəliklərdən qorumuş olarsınız.
Elbrus Bağırov,
İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Şöbə müdiri

Şərh Yaz