Dost xəzinə, həm də dayaqdır

Dost xəzinə, həm də dayaqdır
Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır.
(İngilis atalar sözü)
Dost xəzinə, həm də dayaqdır

Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır.
(İngilis atalar sözü)

Dost xəzinə, həm də dayaqdır
Gündoğan ölkəsində bir yer var, lap cənnətə bənzəyir. Bu cənnətməkan şərqi Şizuoka vilayətində, İzu yarımadasında, Sakit okean sahillərində yerləşir. İsmayıllının təbiəti ilə sanki əkizdir, ikisi də yaşıllıqlar diyarı, saf sular, uca dağlar qoynuna sığınıb. 70,532 nəfər əhaliyə və 124.13 kilometr əraziyə malikdir. Şəhərin çox hissəsi Fuji-Hakone-İzu milli parkının ərazisində yerləşir. Bu şəhərin meyvə simvolu portağal, dağı isə dünya irsinə daxil olmuş Fuji dağıdır. Buradakı portağal çimərliyi gələn turistlərin diqqətini cəlb edir, özünə heyran edir. Himano burada qurudulmuş balıqdan hazırlanan suvenirdir, origami isə kağızdan hazırlanan incəsənət növüdür (şəbnəmin əlində gül şəkli). Əvvəlki sayımızda gedən yazılardan artıq hansı ölkənin şəhəri haqında danışdığım sizə aydındır. Mən Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında imzalanmış qardaşlaşma müqaviləsindən, qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığından, dostluğundan danışıram. Nağıla bənzəsə də gerçək bir dostluqdur.
Dost xəzinə, həm də dayaqdır
Hər iki ölkə məktəblilərinin bir-birindən öyrənə və faydalana biləcəyi şeylər çoxdur. Bu məqsədlə də cənab Sugimoto (İto ş. başçının köməkçisi) səfirə bildirmişdir ki, İsmayıllı məktəblilərindən gələn məktublar, şəkillər, xəritələr İto şəhərində orta məktəblərin birində olan ingilis bölməsinin şagirdlərinə təqdim olunmuşdur. Sugimoto-san şagirdlərlə görüşərək onlara Azərbaycan və İsmayıllı haqda və iki şəhər arasında dostluq əlaqələrinin necə qurulduğu haqda məlumat vermişdir. Hal-hazırda məktəbin dəhlizində Azərbaycana həsr olunmuş xüsusi guşə təşkil olunub və orada İsmayıllıdan gələn məktub və şəkillər nümayiş etdirilir. Hiss olunur ki İto şagirdləri İsmayıllı və Azərbaycan ilə fəal şəkildə maraqlanırlar.
Dost xəzinə, həm də dayaqdır

Yapon jurnalistlər Sugimoto-sanın şagirdlərlə görüşü haqda yerli kabel televiziyasında və qəzetdə məlumat vermişlər. Görüş zamanı şagirdlər Azərbaycan haqda suallar da verdilər. Məsələn, Azərbaycanda hansı manqa cizgi komiksləri populyardır? Azərbaycanda və İsmayıllıda hansı yeməklər var, saşimi kimi çiy məmulatlar yeyilirmi ? Və sairə. Cənab Sugimoto onlara bu sualları cavab məktublarına daxil etməyi və İsmayıllıdakı həmyaşıdları ilə gələcəkdə fəal şəkildə yazışmağı məsləhət gördü.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində bu sətirlərin müəllifi Aytəkin Əhmədovanın başçılığı ilə “Yaponiyanı kəşf edək” adlı mərkəz açıldı. Mərkəzdə Yaponiyanın İto şəhərindən gələn məktublar, xəritələr, origamilər və hədiyyələr, Yaponiya haqqında kitablar və internetdən əldə edilmiş məlumatlar bir çox öz yerini tutdu. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdləri həvəslə öz yaponiyalı dostlarına məktublar yazır, onların ölkələri haqqında əlavə internetdən məlumatlar toplayır, origamilər hazırlayırlar. Şagirdlər əsl tədqiqatçı kimi dost ölkəni öyrənir öz ölkəsini isə məktublarında, xəritələrində, milli geyimdə olan şəkillərində təbliğ edirlər. Şagirdlər “Yaponiyanı kəşf edək” mərkəzindəki araşdırmaları ilə bağlı artıq disk də hazırlayıblar. Bu diski öz dostları ilə bölüşəcəklərini həvəslə gözləyirlər. Şagirdlər ümid edirlər ki, bir gün olacaq, öz yaponiyalı dostlarını İsmayıllıda qarşılayacaq və onlar Yaponiyada dostları tərəfindən qarşılanacaqlar.
A.Əhmədova,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz