Yaddas kitabcasi

VII siniflər üçün “The sights of London” mövzusuna aid dərs planı

Mövzu: “The sights of London”.
Standartlar: 1.1.1 Müraciətlər zamanı sadə suallara cavab verir.
2.1.3. Mövzu ilə bağlı fikirlərini yazılı ifadə edir.
Məqsəd ( gözlənilən təlim nəticələri)
1. “The sights of London” mətni ilə bağlı sadə suallara cavab vermək.
2. Mətnin əsas ideyasını başa düşmək.
3. Mətnlə bağlı fikirləri ifadə etmək.
4. Mövzu ilə bağlı fikirləri yazılı ifadə etmək

VII siniflər üçün “The sights of London” mövzusuna aid dərs planı
Mövzu: “The sights of London”.

Standartlar: 1.1.1 Müraciətlər zamanı sadə suallara cavab verir.
2.1.3. Mövzu ilə bağlı fikirlərini yazılı ifadə edir.
Məqsəd ( gözlənilən təlim nəticələri)
1. “The sights of London” mətni ilə bağlı sadə suallara cavab vermək.
2. Mətnin əsas ideyasını başa düşmək.
3. Mətnlə bağlı fikirləri ifadə etmək.
4. Mövzu ilə bağlı fikirləri yazılı ifadə etmək.
İnteqrasiya: Coğrafiya: 1.1.2, 2.2.1
İş forması: Qruplarla, kollektiv işi
İş üsulu: Beyin həmləsi, anlayışın çıxarılması, müşahidə
Resurslar: dərslik, power point proqramında təqdimat, proyektor.
Dərsin gedişi.
Motivasiya (2 dəq.). Bu mərhələdə müəllim problemli vəziyyət yaratmaq üçün belə bir sualla müraciət edir.
“Bəzi Avropa ölkələrinin adını çəkə bilərsinizmi və bu ölkələrdə hansı dildə danışılır? Müəllim şagirdlərdən İngiltərə, İtaliya, Fransa və ingilis, italyan, fransız dillərində cavabları aldıqdan sonra anlayışın çıxarılması üsulundan istifadə olunur.

Bu hansı ölkədir?
London sözünü aldıqdan sonra power point proqramında Londonun şəkli göstərilir. Şagirdlərdən biri Londonu xəritədə göstərir.
Tədqiqat sualı (3 dəqiqə) : Londona getmək istərdinizmi? Nə üçün?
Tədqiqatın aparılması (10 dəqiqə) Kompyuterdə Londonun görməli yerləri: Britaniya muzeyi, London qalası, Milli Qalereya, Bekinqem sarayı, Big Ben və s. göstərilir. Şagirdlərə belə bir tapşırıq verilir: kiçikhəcmli mətinləri oxuyun və hansı görməli yerlərə getmək istərdiniz. Fikirlərinizi yazın.
İnformasiya mübadiləsi və müzakirəsi (20 dəqiqə). Şagirdlər öz fikirlərini şərh edirlər, əlavələr söylənilir.
Bütün siniflə iş (7 dəqiqə). Müəllim bütün sinfə belə bir sualla müraciət edir: London haqqında nə bilirsiniz?
Ümumiləşdirmə və nəticə ( 1 dəqiqə) . Müəllim ümumiləşdirmə edərək aşağıdakı sualları verir.
1. Londonun ən dərin çayı hansıdır?
2. Ən böyük zəngli saatın adı nədir?
3. Londonda ən qədim körpü hansıdır?
Refleksiya ( 1 dəqiqə). Müəllim BİBO üsulundan istifadə edərək şagirdlərin fikirlərini öyrənir.


Yaradıcı tətbiqetmə (ev tapşırığı ). Müəllim şagirdlərə öz ölkələrinin görkəmli yerlərinin şəklini çəkməyi və kiçik esse yazmağı tapşırır.

Hicran Tahirova,
İsmayıllı şəhəri E.Məmmədov adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Şərh Yaz