Dövlətimizin rəmzi

Dövlətimizin rəmzi
İsrail Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə bağlı məktəblilərin hazırladığı bayram tədbiri keçirilib.
Dövlətimizin rəmzi

İsrail Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə bağlı məktəblilərin hazırladığı bayram tədbiri keçirilib.
Dövlətimizin rəmzi
Dövlətimizin rəmzi
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlayıb. Uşaqların bayraqla əlaqəli çəkdikləri rəsmlər və əl işləri nümayiş etdirilib. Məktəblilər böyük coşqu və həvəslə şeirlər səsləndirib, Dövlət Bayrağı Meydanı haqqında danışıblar.
Müəllimləri və şagirdləri bu gün münasibətilə təbrik edən təhsil ocağının direktoru Şəfaqət Rəsulov Dövlət Bayrağının yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, milli bayraq mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz