Qarabağ həqiqətləri Vikipediyada

Qarabağ həqiqətləri Vikipediyada
Oktyabrın 26-da İsmayıllı rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant layihəsi çərçivəsində qalib gələn layihənin təqdimatı keçirilib.
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli layihə haqqında qısa məlumat verib. Bildirib ki, gənclərin belə layihələrdə mütəmadi iştirak etmələri vacibdir.

RİH başçısının müavini Sevil Əhmədova gənclərin sosial şəbəkələrdə zərərli vərdişlərdən uzaq durmaları üçün bu cür layihələrə diqqət yetirilməli olduğunu deyib.
Tədbirdə “Gənclərlə Vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” -2013 qrant layihəsi təqdim olunub. Layihənin mahiyyəti haqqında Demokratik Gənclər İctimai Birliyinin rəhbəri Ramil Süleymanov danışıb.
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Şəfaqət Rəsulov məktəb müəllimlərinin qazandıqları uğurlardan danışıb. Bildirib ki, gənc və isteadadlı müəllimlərə hər zaman dəstək göstərirlər.
Layihə rəhbəri Surə Mehdiyeva məqsədin gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsini, onları vətənpərvərliyin, dövlətçiliyin təbliğinə yönəldilməsinin təmin edilməsi olduğunu deyib. O bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin iştirak etməsi vacibdir.
Bildirilib ki, sosial şəbələrdən biri olan Vikipediya bu gün gündəmdə olan ən çox istifadə olunan virtual ensiklopediyadır. Ancaq burada Qarabağ haqqında yazılan informasiyaların əksəriyyəti təhrif olunub. Buna diqqət yönəltmək məqsədi ilə 2 ay müddətində İsmayıllı və Qəbələ rayonlarında layihə çərçivəsində tədbirlər həyata keçiriləcək. Bunun nəticəsində 100 gənc vikipediyadan səmərəli istifadədən yararlanacaq.
Ş.Soltanov

Şərh Yaz