Yaddas kitabcasi

Vətəndaş mövqeyi

Vətəndaş mövqeyi
Məlum olduğu kimi, prezidentimiz İlham Əliyevin Azərbaycanın dinamik inkişafı və dünya arenasında söz sahibinə çevrilməsi, inkişaf etmiş dövlətlərin çox mühüm strateji məsələlərdə dövlətimizin başçısı ilə hesablaşmaları bizi bir vətəndaş kimi sevindirir. Ölkə başçımızın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində dövlətimiz dünyanın sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. Bunu bu yaxınlarda keçirilmiş prezident seçkiləri də bir daha təsdiq etdi. Xalqımız növbəti dəfə də düzgün seçim edərək tərəqqiyə, quruculuğa, inkişafa, əmin-amanlığa – İlham Əliyevə hamılıqla səs verərək onu prezident seçdi.
Vətəndaş mövqeyi

Məlum olduğu kimi, prezidentimiz İlham Əliyevin Azərbaycanın dinamik inkişafı və dünya arenasında söz sahibinə çevrilməsi, inkişaf etmiş dövlətlərin çox mühüm strateji məsələlərdə dövlətimizin başçısı ilə hesablaşmaları bizi bir vətəndaş kimi sevindirir. Ölkə başçımızın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində dövlətimiz dünyanın sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. Bunu bu yaxınlarda keçirilmiş prezident seçkiləri də bir daha təsdiq etdi. Xalqımız növbəti dəfə də düzgün seçim edərək tərəqqiyə, quruculuğa, inkişafa, əmin-amanlığa – İlham Əliyevə hamılıqla səs verərək onu prezident seçdi.
Vətəndaş mövqeyi
Çoxdan paytaxtımızda olmamışdım. İşlə əlaqədar bu yaxınlarda şəhərdə oldum. Maşınımız buraya axşamüstü çatdı. Şəhərin işıqları yandırılmışdı, sanki göydəki ulduzlar şəhərə səpələnmişdi. Hər addımbaşı bir yeniliyin şahidi olduq. Şəhər yeni bir görkəmdə görünürdü. Şəhərin gözəlliyini seyr etmək üçün mənzil başına marşrut avtobusu ilə getməyi qərara aldıq. Elə bil nağıllar aləminə düşmüşdük. Yol boyu rahatlıq üçün tikilmiş möhtəşəm körpülər, piyadalar üçün keçidlər, ən yeni memarlıqla tikilmiş göydələnlər və digər binalar çil-çıraqlar içərisində bərq vururdu. Yol boyu qəlbimiz qürur hissi ilə döyünür və düşünürdük:
– Ölkəmizdə yaşayan insanlar sözün həqiqi mənasında xoşbəxtdilər. Bu bir həqiqətdir ki, belə inkişaf xətti yalnız mərkəzdə deyil, mərkəzdən uzaq dağ rayonlarında da özünü göstərir. Yaşadığımız İsmayıllı rayonu da respublikamızın ümumi inkişafından heç də geri qalmır.
Uzun illər susqunluq şəraitində olan rayonumuzda da Mirdaməd Sadıqov icra başçısı təyin ediləndən sonra əsl yeniləşmə başladı. Atalar doğru demişlər: – çörəyi ver çörəkçiyə, birini də üstəlik. Bu təyinata görə Prezident İlham Əliyevə razılığımızı bildiririk. Prezident M.Sadıqovu qəbul edərək onunla rayonun gələcək inkişafı ilə əlaqədar məsələləri müzakirə etmişdir. İcra başçısı rayonumuzun işgüzar adamlarına, ziyalılarına, gənclərinə və ağsaqqallarına istinad edərək qarşıya qoyulmuş məsələlərin həlli ilə bağlı gərgin iş aparır. Başçı ilk gündən yerlərdə adamlarla görüşərək nədən və necə başlamağı müəyyənləşdirdi. Hər bir yaşayış məntəqəsinin problemlərini yerində öyrənir və onların aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparır.
İndi rayonumuz tikinti meydançasına çevrilmişdir. Hara baxırsan quruculuq, abadlıq içlərinin şahidi olursan. Bu ildən rayonumuzda müxtəlif ixtisaslar verən kollec fəaliyyət göstərir. Kollecin yaxın zamanlarda universitetə çevrilməsi nəzərdə tutulmuşdur. Bu məqsəd üçün torpaq sahəsi də ayrılmışdır. Burada hər cür şəraiti olan universitet şəhərciyi salınması nəzərdə tutulmuşdur. Şəhərin içərisində tikilən və müasir memarlıq üslubunda təmir edilən obyektlər, istifadəyə verilmiş tikiş fabriki, su və kanalizasiya sistemi və sair dediyimizə yaxşı misal ola bilər. Rayonda işsizlik problemi həll olunmaq üzrədir. Bütün bunlar dövlətimizin əsas məqsəd və vəzifələrindən biri olmaqla, RİH başçısı M.Sadıqov əzmlə həyata keçirir. Bütün bu nailiyyətlər müxtəlif təbəqələrin rayon rəhbərlərinin ətrafında sıx birləşməsinin nəticəsi kimi özünü göstərir. Bəzən sürücü və piyadalar şəhər küçələrinin bəzilərinin asfaltlaşdırılmamasından gileylənirlər. Onu qeyd edək ki, axı şəhərdə su, kanalizasiya xətləri çəkilir, qaz xətləri təzələnir. Bu qazıntı işləri tamamlanmasa, asfaltlaşma aparmaq mümkün deyil. Bu problem də yəqin ki, yaxın zamanlarda həllini tapacaq.
Məni bir vətəndaş kimi, narahat edən bir məsələ də var: bəzi adamlar inkişafı, yeniliyi görə bilmirlər. Görürlərsə də, onu dilə gətirmirlər, əksinə , hər işdə nöqsan axtarırlar. Müqəddəs kitabımız “ Qurani-Kərim”də deyildiyi kimi, yaxşını təqdir etməyin özü böyük savab işdir. Bu, əməl sahibini daha böyük, xeyirxah işlər görməyə sövq edər. Odur ki, gəlin, hər şeyi öz adı ilə çağırmağı bacaraq. Başqasının gördüyü işi qiymətləndirməyi bacarmayan, ona ağız büzənlərin özlərinin şəxsi təsərrüfatına, həyət-bacasına diqqət yetirsək, nə qədər çatışmazlığın şahidi olarıq.
Görkəmli pedaqoqlarımızdan birinin dediyi kimi, Günəşin şəfəqləri kəndlinin şumladığı torpağa düşür və gözəl bəhrələr verir. Həmin Günəş şəfəqləri zibil dərəsinə də düşə bilər. Bu zaman onlar (şəfəq) bəşəriyyətə yoluxma, xəstəlik, insana ölüm gətirən mikrobları artırar. Demək istəyirik ki, elmin xidmət etdiyi ali məqsədlərdən, insanın özünün niyyətlərindən çox şey asılıdır.
Bizim hər birimizin cəmiyyət qarşısında, dövlət qarşısında müəyyən hüquq və vəzifələrimiz vardır. Çox zaman hüquqlarımız haqqında söhbət açırıq, amma cəmiyyət qarşısındakı vəzifələrimizdən danışmır, onun üzərindən sükutla keçirik.
Böyük uğurla yola saldığımız ötən Prezident seçkiləri öncəsi bəzi bədxahlar görəndə ki, onların ardınca gedənlər yoxdur, hamı yekdilliklə İlham Əliyevə səs verir. Onda onlar müxtəlif fırıldaqlara əl atırlar. Nə yaxşı ki, adamlarımız artıq belələrini yaxşı tanıyır və onların ardınca gedən olmur.
Dünya şöhrətli şairimiz N.Gəncəvi “İsgəndərnamə” poemasında dövlət və vətəndaş məsələlərinə qiymət verərək demişdir:
Çalış, ustadının çıxma sözündən
İncimə dövlətin etdiyi nazdan,
Dövlətin nazında dövlət taparsan,
Vaxtı düşəndə sənin də, əlbət,
Çəkəcək nazını bir gün o dövlət.
Müqəddəs kitabımızda dövlətə və dövlətçiliyə hörmət göstərməklə bağlı çoxlu ayələr var. Aqillər də bu barədə çoxlu qiymətli kəlamlar söyləmişlər. Dövlət başçısına Allahın xəlq etdiyi nə qədər can tapşırılmışdır. Bu, nə qədər şərəfli və çətin bir vəzifədir. Ona görə də biz vətəndaşlardan tələb olunur ki, hər sahədə dövlətçiliyin keşiyində duraq. Tanrı da yaratdığına həyat verən, onu xoşbəxtliyə aparan dövlət başçısının yanında olur.
Böyük ingilis alimi Con Lokk qeyd edirdi ki, insanın hərəkətləri onun düşüncələrinin ən yaxşı təcəssümüdür. Çalışaq ki, hərəkətlərimiz də, düşüncə və əməllərimiz də hər zaman xeyirin şər üzərində qələbəsinə xidmət etsin.
Heydər Xəlilov,
təqaüddə olan müəllim

Şərh Yaz