Müəllif minnətdarlığı

Oxucuların yadında olar, 30 yanvar 2013-cü il tarixdə, “İsmayıllı xəbərləri” qəzetində “Uzun ömür, sivil cəmiyyət, mənəvi saflıq” mövzusunda məqaləm dərc olunmuşdu. Müəllif minnətdarlığı

Oxucuların yadında olar, 30 yanvar 2013-cü il tarixdə, “İsmayıllı xəbərləri” qəzetində “Uzun ömür, sivil cəmiyyət, mənəvi saflıq” mövzusunda məqaləm dərc olunmuşdu.

Məqalə müəllifi kimi geniş oxucu kütləsi tərəfindən çoxlu telefon zəngləri, razılıq məktubları aldım. Eyni zamanda bir neçə ziyalımız qəzet vasitəsi ilə yazıya səmimi fikirlərini bildiriblər. Onların şəxsində mən həqiqətə dəqiq qiymət verən, gələcəyimizi düşünən ziyalı şəxsiyyətləri görürəm. Belə şəxsiyyətlərdən təqaüddə olan müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Heydər Xəlilov, Vəng kənd tam orta məktəbinin müəllimi Kamran Səmədov, 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmov, „Babadağ“ Xeyriyyə Cəmiyyətinin sədri Eldar Əliyev və müəllim Hacıməmməd Məmmədovu misal göstərmək olar. Adları qeyd olunan ziyalılara məqaləyə verdikləri yüksək qiymətə görə öz dərin minnətdarlığımı bildirirəm.
Şahmurad Şirəliyev,
Respublikanın Əməkdar həkimi

Şərh Yaz