“İçməli su xəttinin təmiri” layihəsi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi sentyabr ayının 21 də Təzəkənd kəndində baş tutub.“İçməli su xəttinin təmiri” layihəsi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi sentyabr ayının 21 də Təzəkənd kəndində baş tutub.

Tədbirdə Dünya Bankının əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri iştirak edib.
RİH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsən Həsənov tədbirin mahiyyətindən danışıb, layihədən bəhrələnmələrini arzulayıb.
Açılış mərasimində çıxış edən Dünya Bankının nümayəndəsi, Azərbaycan Kənd İnvestitsiya Layihəsi üzrə tapşırıq rəhbəri Daniel Ouen layihə haqqında məlumat verib. İşin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edib.
Tədbirdə çıxış edən kənd sakini Ağalar Bədəlov içməli suya olan təlabatın ödəndiyini, əlavə xərclərin qarşısının alınması nəticəsində ailə büdcələrinə 20 faiz qənaət edildiyini deyib.
RİH başçısının Təzəkənd kənd ərazi dairəsi üzrə icra nümayəndəsi Ramiz Səmədov qeyd edib ki, layihə çərçivəsində 2190 metr uzunluğunda su xətti əsaslı təmir olunub, 2 ədəd 1 açarlı yeni bulaq tikilib, 1 ədəd mövcud bulağın təmiri reallaşdırılıb, 4 ədəd mövcud su çəni rənglənib. Layihədən 3000 nəfər faydalanacaq.
Daniel Ouen və icma rəhbəri Eynulla Bağırov bulağın açılış rəmzi olan qırmızı lenti kəsiblər.
Çinarə Bəhərçinli

Şərh Yaz