Prezident seçkilərinə hazırlıq

12 sentyabr 2013-cü il tarixində YAP İsmayıllı rayon Seçki Qərargahında 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar YAP-ı təmsil edəcək müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə treninq keçirilib.Prezident seçkilərinə hazırlıq

[color=#3333FF]12 sentyabr 2013-cü il tarixində YAP İsmayıllı rayon Seçki Qərargahında 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar YAP-ı təmsil edəcək müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə treninq keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, qarşıdan seçkilər gəlir. Seçkilərə hazırlıq prosesi müasir normativ hüquqi aktlara, Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Seçkilərə hazırlıq prosesi çərçivəsində YAP İsmayıllı rayon təşkilatı da böyük işlər görür. Seçkilərin seçki məcəlləsinin tələblərinə uyğun keçirilməsi üçün fəaliyyət planı hazırlanıb.
Əzizə Vahabova daha sonra bildirib ki, öz fəaliyyəti ilə daim ön cərgələrdə olan Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı, onun bütün üzvləri bu seçkilərin mahiyyətini dərindən dərk edərək, seçkilərə hazırlıq prosesinin fəal iştirakçılarına çevriliblər. Artıq bu seçkilərdə YAP İsmayıllı rayon təşkilatını təmsil edəcək müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin 09 oktyabr 2013-cü il tarixdə seçki məntəqələrində müşahidə aparmaları üçün vəsiqələr paylanılmışdır. Bugünkü tədbirdə YAP İsmayıllı rayon təşkilatı tərəfindən seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün treninqdə müşahidəçilərə yaddaş kitabçaları, məşvərətçilərə isə seçki komissiyalarının “Məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında” təlimatlar verilmişdir. Aparılan işlərin mahiyyəti 09 oktyabr seçkilər günü Azərbaycan Respublikasına keçiriləcək Prezident Seçkilərinin azad, şəffaf, bütün normativ hüquqi aktlara uyğun keçirilməsini təmin etməkdən ibarətdir.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat xidmətinin rəhbəri

Şərh Yaz