Əhəndə klub açılışı

Əhəndə klub açılışı
İki nəfər Sosialist Əməyi Qəhrəmanı yetişdirmiş, vətən uğrunda bir polis zabitini şəhid vermiş, dağ kəndləri sırasında daha çox inkişaf etmiş, hər işdə mütəşəkkillik göstərən Əhən kəndində yeni klub sakinlərə hədiyyə edilmişdir. Çoxdan baxımsız qalmış bina Əhən bələdiyyəsinin və buranın təəssübkeş oğullarının fəal iştirakı ilə əsaslı təmir edilmiş, İsmayıllı rayon İcra Hakimiyyətinin köməyi ilə mebellə təchiz olunmuş, klub kimi mədəniyyətsevərlərin istifadəsinə verilmişdir.

Sentyabr ayının 1-də bütün kənd əhalisinin toplaşdığı təntənəli mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etmiş, yeni mədəniyyət ocağının açılışında əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, yerli əhalinin yeni layihələrə meyli inkişafı sürətləndirən amillərdən biridir.
Əhəndə klub açılışı
Əhən ziyalılarının bu xeyirxah əməlini mən rayonda ilkin təşəbbüs kimi görür, digərlərini də belə bir mövqeyə dəvət edirəm. Klubun açılmasını Əhənin yeni inkişaf dövrünün başlanğıcı sayıram. Burada mədəni-kütləvi işlər təşkil olunmalı, internet-klub açılmalı, kənddə daha müasir məktəb, tibb məntəqəsi tikilməli, icma evi, torpaqları birləşdirməklə kollektiv təsərrüfat yaradılmalıdır. Bunun üçün sizdə imkanlar vardır. Bu imkanların real işə çevrilməsinə rayon İcra Hakimiyyəti hər cür köməklik göstərəcəkdir. Hüquqşünas, polkovnik Qalib Məmmədov Əhəndən kənarda yaşayan ziyalılar və iş adamları adından çıxış edərək rayon rəhbərliyinə, klubun istifadəyə verilməsində əməyi olanlara təşəkkür etmiş bir sıra problemləri də diqqətə çatdırmışdır. Uzun illər müxtəlif vəzifələrdə ləyaqətlə çalışmış ağbirçək Gülxıs Şərifova kəndin həyatına yenilik gətirənlərə, qüvvələri səfərbərliyə alan rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür etmiş, klubun daim fəaliyyətdə olacağını bildirmişdir. Kluba baxış keçirilmiş, iclas zalında əhalinin arzu, təklif və problemləri dinlənilmiş, hər kəsə həssaslıqla yanaşılmışdır. Rəhbərliyin səmimiyyətindən, qayğıkeşliyindən, təşəbbüskarların xeyirxah əməlindən doğan xoş bir gün yaşandı.
Valeh Salehov

Şərh Yaz