Görüş-qəbullar

Görüş-qəbullar

Avqust ayının 19-da RİH başçısı Mirdaməd Sadıqov Maçaxı kəndində sakinlər ilə görüş-qəbul keçirib. İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həmin gün qonşu Sərdahar kəndinin natamam orta məktəbində də görüş-qəbul keçirib.
Görüş-qəbullar

Maçaxı
Görüş-qəbullar
Avqust ayının 19-da RİH başçısı Mirdaməd Sadıqov Maçaxı kəndində sakinlər ilə görüş-qəbul keçirib. Görüş-qəbulda RİH başçısı ilə yanaşı icra aparatı əməkdaşları, xidmət təşkilatlarının nümayəndələri iştirak edib. İcra başçısı kəndin gözəl təbiətə malikolduğunu deyib. M.Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsinin, gənclərin savadlı yetişdirilməsinin vacibliyini vurğulayıb.
Sakinlər əsas problemləri kimi qazın olmamasını və kəndin yuxarı hissəsində su çatışmazlığını qeyd ediblər.
Aidiyyəti xidmət təşkilatlarına problemlərin həlli istiqamətində tapşırıqlar verilib.

Sərdahar
Görüş-qəbullar
İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həmin gün qonşu Sərdahar kəndinin natamam orta məktəbində də görüş-qəbul keçirib.
Kənd sakinləri yolun düzəldilməsinə görə minnətdarlıqlarını bildirib, İcra başçısının diqqət və qayğısına görə təşəkkür ediblər. Əsas problemləri kimi kənddə telefon xəttinin olmamasını, bunun nəticəsində internətə qoşulmada problemlərin yarandığını qeyd eiblər.
M.Sadıqov sakinlərin problemləri ilə tanış olduğunu deyib, həlli istiqamətində tapşırıqlar verib.
Çinarə Bəhərçinli

Şərh Yaz