Zərgəranda görüş-qəbul keçirilib

Zərgəranda görüş-qəbul keçirilib
21 avqust 2013-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərgəran kəndində səyyar görüş-qəbul keçiribZərgəranda görüş-qəbul keçirilib

21 avqust 2013-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərgəran kəndində səyyar görüş-qəbul keçirib
Zərgəranda görüş-qəbul keçirilib
. İlk öncə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Zərgəranın mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Kənddə tibb məntəqəsi və kitabxananın yaradılmasının vacibliyini vurğulayıb.
Kamil Həsənov başlanan genişmiqyaslı quruculuq işlərinə, İsmayıllıya göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib, əhalinin ümumi yaşayış səviyyəsinin yaxşı olduğunu deyib.
Kənd sakinlərindən Ramil Hacadov, Eldar Əmrahıyev və Fuad Namazov gənc ailələrə torpaq sahəsinin verilməsi xahişi ilə çıxış ediblər.
Kəndin ümumi problemləri kimi suda və işıq dirəkliklərində olan çatışmazlıqlar qeyd edilib.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlaq verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz