Dastan axşamı keçirilib

Dastan axşamı keçirilib
Avqust ayının 6-da İsmayıllı rayon Gənclər və İdman İdarəsinin iclas zalında saz, söz sevərlər üçün “Dastan axşamı” keçirilib. Dastan axşamı keçirilib

Avqust ayının 6-da İsmayıllı rayon Gənclər və İdman İdarəsinin iclas zalında saz, söz sevərlər üçün “Dastan axşamı” keçirilib.
Dastan axşamı keçirilib
Tədbiri giriş sözü ilə açan jurnalist Çinarə Bəhərçinli sazın, sözün işığına toplaşanları salamlayıb, aşıq yaradıcılığı haqqında geniş məlumat verib. Dastan axşamı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının işçisi, filologiya üzrə elmlər doktoru, Nəsimi ali ədəbi mükafatı laureatı, tədbirin aparıcısı Qalib Sayılov dastanlarımız haqqında danışıb.
Dastan axşamı keçirilib
Məclisdə Aşıq Cavid Əmiraslanov, müğənnilərdən Sahibə Abdullayeva, Qalib Güləliyev, Mərdan Mirzəyev, saz havaları ifaçısı Rövşən Baxışəliyev, aşıq-xanəndə Qasım Qasımzadə, nəfəs alətləri ustası Əlicavad Cavadov, şamaxılı xanəndə Ağapaşa Xəlilov, xanəndə İsmət İsmayıllı, nəfəsli alətlərin gözəl ifaçısı, respublikanın Əməkdar incəsənət xadimi Rasim Ələsgərov, ustad aşığımız Yanvar Bədəlovun ifaları tamaşaçılara unudulmaz, xoş anlar yaşadıb.
Dastan axşamının ssenari müəllifi rejissor Nuru Xalıqov və rejissor köməkçisi Rövşən Xələfovun təşkilatçılığı ilə baş tutan məclis, aşıqlar tərəfindən yurdumuzun gözəlliklərini vəsf edən el havasının ifası ilə sona çatıb.
Çinarə Bəhərçinli

Şərh Yaz