Hərbi sürücülük kursunda

Hərbi sürücülük kursunda
Avqust ayının 12-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsi tərəfindən (ARSHXÇDXŞ) hərbiyəqədər gənclər arasından seçilmiş sürücü namizədlə Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı (HVMH) Məhdud Məsuliyyətli Cəmiyyətin (HVMH) İsmayıllı rayon Mütəxəssis Hazırlığı Məktəbində (MHM) görüş-toplantı keçirildi. Məktəbin daxili qaydalarına uyğun olaraq görüşdə gənclərlə bərabər valideynlər də iştirak edirdilər.

Tədbiri giriş sözü ilə HVMH MMC İsmayıllı rayon MHM-nin direktoru Məmmədxan Muradəliyev açdı. O, dəvət olunmuş qonaqları, gəncləri və onların valideynlərini salamladı. Məktəbin direktoru bildirdi ki, gənclər burada sürücü peşəsi ilə bərabər hərbin incəliklərini, sirlərini, qayda və tələblərini də öyrənə biləcəklər. Natiq bildirdi ki, həqiqi hərbi xidmət öncəsi belə bir kursu bitirmək gənclər üçün olduqca əhəmiyyətlidir. Öyrənilənlərin hər kəs üçün təkcə orduda deyil, həyatda hər vaxt faydalı olacağı diqqətə çatdırıldı.
Təlim zamanı məktəbin daxili qaydalarına tam və ciddi əməl olunmasının vacibliyi müdavimlərin diqqətinə Qeyd olundu ki, burada öyrənilən hər bir vərdiş və bacarıq həqiqi hərbi xidməti asanlaşdırır. Sizdən əvvəlki müdavimlərimizin çoxu barədə ünvanımıza təşəkkür məktubları gəlib. Bu, bizi sevindirir və daha məsuliyyətli olmağa sövq edir. Məktəbin direktoru geniş açıqlamadan sonra müdavimlərə təhsildə və həyatda uğurlar arzuladı.
ARSHXÇDX rayon şöbəsinin nümayəndələri leytenant Aslan Şirəliyev və Zahir İsbatov da tədbirə dəvətli idilər. A.Şirəliyev gəncləri fəal olmağa, vətəndaşlıq mövqeyində mükəmməl durmağa səslədi.
Çıxış edən valideynlər gənclərə seçdikləri sürücülük peşəsinə ciddi yanaşmağı, texnikanın sirlərinə tam yiyələnməyi, Vətəni, xalqı sevməyi tövsiyə etdilər.
Qarabağ müharibəsi veteranı, hərbi müəllim Azər Şahalıyev orduda sürücülərin üzərinə düşən vəzifələrdən danışdı. Bu peşənin bir çox hallarda önəm kəsb etməsinə aid misallar çəkdi. O, hərbin bugünkü tələblərindən söz açdı, müdavimlərə uğurlar arzuladı.
Sonda valideynlər məktəbdəki yüksək tələbkarlığa və nizam-intizama görə M.Muradəliyevə minnətdarlıq etdilər, gənclərə uğurlar arzuladılar.
Məktəbin direktoru müdavimləri və valideynləri maraqlandıran sualları cavablandırdı.
Ş.Soltanov

Şərh Yaz