Yaddas kitabcasi

Heydər Əliyev siyasətində Azərbaycanın su təsərrüfatı

2013-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi keçirildi.

Heydər Əliyev siyasətində Azərbaycanın su təsərrüfatıHeydər Əliyev siyasətində Azərbaycanın su təsərrüfatı

2013-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi keçirildi.
Heydər Əliyev siyasətində Azərbaycanın su təsərrüfatı
Azərbaycan içtimaiyyətinin müxtəlif təbəqələri, o cümlədən meliorasiya və su təsərrüfatı işçiləri də bu tarixi günü böyük fərəhlə qeyd etdilər. Əvəzsiz lider Heydər Əliyev cənablarının Azərbaycan xalqının taleyində müstəsna rolu vardır. O, Azərbaycanı fəlakətdən, məhv olmaq təhlükəsindən, etnik parçalanmadan xilas etmiş, xalqımızın xilaskarı müstəqilliyimizin qarantı olmuşdur. Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onların geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə – Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi əvvəlki dövrə təsadüf edir. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfə çox vəsait qoyulmuş, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları tikilmişdir. Ümumi su tutumu 3 milyard kubmetr olan su anbarı və s. tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmış və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyi özünü doğrultmuş, xalq təsərrüfatına böyük səmərə vermişdir. Heydər Əliyev İttifaq rəhbərliyində olarkən belə meliorasiya və su təsərrüfatı sahəsinə öz qayğısını əsirgəməmiş, bu sahədə işlərin gedişinə daim nəzarət etmiş və lazımi köməklik göstərmişdir. Həmin dövrdə onun yaxından köməkliyi sayəsində respublikada son dərəcə vacib olan Baş Mil-Muğan Kollektorunun yenidən qurulması, Naxçıvan MR-da Vayxır Su Anbarının, Şəmkir magistral kanalının tikilməsi ilə bağlı məsələlərə baxılıb həll olunmuşdur.
Son illər respublika iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatının da inkişafı demək olar ki, dayandı. Ovaxtki respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində aparılan işlərin sürəti və həcmi kəskin şəkildə azaldı. Kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi qat-qat aşağı düşdü. Nəticədə, mühüm dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərinin saxlanması, istismarı, təmir-bərpası son dərəcədə çətinləşdi, daxili təsərrüfat obyektlərinin əksər hissəsi yararsız vəziyyətə düşdü, qapalı drenaj sistemləri və dəmir beton novlu suvarma kanalları baxımsızlıq üzündən sökülüb dağıldı.
1993-cü ildə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişaf mərhələsinə qədəm qoydu.
1996-cı ildə MDB ölkələri arasına ilk dəfə olaraq “Meliorasiya və İrriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” normativ hüquqi sənədlər hazırlanıb təsdiq edildi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” Qanunu respublikada su münasibətlərinin tənzimlənməsi sahəsində yeni bir addım oldu.
Keçmiş kolxoz və sovxozların balansında olmuş daxili təsərrüfat obyektlərinin fermerlər tərəfindən saxlanmasının və istismarının mümkünsüzlüyünü nəzərə alaraq, onların Meliorasiya və Su Təsərrüfatı ASC-in balansına verilməsi barədə qəbul edilmiş qərar Prezidentin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi oldu. Heydər Əliyevin meliorasiya və su təsərrüfatına daim diqqət və qayğısı, onun atalıq himayəsi nəticəsində respublika iqtisadiyyatında olan gərginliyə və büdcə vəsaitinin çatışmazlığına baxmayaraq, mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərinin istismarına vəsait ayrılmış və onlar işlək vəziyyətdədir. Bu qurğular iqtisadiyyatımıza xidmət edir. Vaxtilə ulu Öndərin böyük əhəmiyyət verdiyi meliorasiya məsələləri getdikcə genişlənir. Bizim vəzifəmiz isə bu böyük şəxsiyyətin qoyduğu yolu davam etdirməkdir.
Mikayıl Yusifov,
İsmayıllı Suvarma Sistemləri İdarəsinin baş mühəndisi

Şərh Yaz