Yaddas kitabcasi

Biz davamçılarıq

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra ulu öndərimiz Heydər Əliyev həmişə 1941-1945-ci illərin müharibə veteranlarına böyük diqqət yetirmiş, onların sosial vəziyyətinin yaxşılaşdırılması onun diqqət mərkəzində olmuşdur. Bugünkü gündə də müharibə veteranlarına diqqət və qayğını İlham Əliyev davam etdirir. 1941-1945-ci illərin müharibə veteranlarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi qanunlar qəbul edir və onlara xüsusi qayğı göstərir.

Biz müəllimlər də 1941-1945-ci illər müharibə veteranlarını yaddan çıxarmır. M.Piriyev adına Tircan kənd tam orta məktəbinin şagirdləri ilə birlikdə həmin veteranların evlərinə gedir və onlarla görüşlər keçiririk. Bu görüşlərdən biri də 7 may 2013-cü il tarixdə olmuşdur. Biz müəllimlər və şagirdlər Oruc Əsədov və Babakişi Fətullayevin evlərinə getdik, onlarla görüşdük, onlar özlərinin keçdiyi döyüş yollarından danışdılar. Müharibənin hər bir insana necə ağrılı-acılı olduğunu, onun ölkəyə hansı fəlakətlər yetirdiyini bizlərə söylədi. Düzdür, bu gün də biz müharibə şəraitindəyik. Amma nə qədər ağır olsa da, düşmənə layiqli cavab verməyi bacarmalıyıq. Bizim ulu babalarımız da belə olub. Hal-hazırda prezidentimiz İlham Əliyev bütün var gücü ilə çalışır ki, düçar olduğumuz bu müharibəni sülh yolu ilə həll etsin. Çünki, müharibə hər bir evə fəlakət gətirir. Amma hər ehtimala qarşı dövlətimizlə birlikdə siz də bu döyüşə həmişə hazır olmalı, düşmənə layiqli cavab verməyi bacarmalısınız. Sonda bizdə əhval-ruhiyyəni, vətən sevgisini artırmaq üçün Babakişi Fətullayev hardansa oxuyub əzbərlədiyi şeir parçasını söylədi…
Vətənin ürəyi, ulu torpağı,
Olub nəfəsimiz onun hər çağı.
Unutmamışıqsa nəfəs almağı,
Gərək Qarabağı biz unutmayaq.

Binamus vətəni pula satsa da,
Sərvəti qeyrətdən uca tutsa da,
Nəyimizə gərək kim unutsa da,
Gərək Qarabağı biz unutmayaq.
Bununla da biz Babakişi Fətullayev və Oruc Əsədov kimi veteranlardan xoş əhval-ruhiyyə ilə ayrılıb onlara uzun ömür və can sağlığı arzuladıq.
Allah cəmi şəhidlərimizə rəhmət etsin, qalanlara isə can sağlığı arzulayaq.
Mirzalı Abdulov,
Musa Piriyev adına Tircan kənd tam orta məktəbin müəllimi

Şərh Yaz