Yaddas kitabcasi

Əlbir iş faydalı olar

İyun ayının 16-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Brovdal kəndində vətəndaşlarla görüş-qəbul keçirib.
Əlbir iş faydalı olar
Əlbir iş faydalı olar

İyun ayının 16-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Brovdal kəndində vətəndaşlarla görüş-qəbul keçirib.
Əlbir iş faydalı olar Rayonun ən ucqar yaşayış məntəqəsinin sakinləri RİH başçısını salamlayıb, onlarla görüşə vaxt ayırdığına görə minnətdarlıq ediblər. Kəndin sakini Balabəy Ələsgərov telefonların işləməməyindən, mobil rabitənin keyfiyyətsizliyindən, həkim məntəqəsinin yoxluğundan, məktəbdə müəllim çatışmazlığından şikayətlənib. Çandahar kənd sakini Maarif Pənahov işıqların tez-tez sönməsindən gileylənib.
Brovdal kəndinin sakinləri Əhmədağa Əhmədov, Rəfiqə Hətəmova, Xəzəngül Xəlilova, Gilə Ağayeva sosial durumları və məişət problemləri ilə bağlı fikirlər səsləndiriblər.
Əlbir iş faydalı olar
RİH başçısı M.Sadıqov yaşayış məntəqəsinin rayon mərkəzindən uzaq olmasına baxmayaraq burada yaşayanların da normal yaşayış tərzinə sahib olmalarının vacibliyini vurğulayıb. Bu istiqamətdə sakinlərin özü ilə əlbir iş aparılmasının daha faydalı ola biləcəyini diqqətə çatdırıb.
Başçı görüşdə qaldırılan problemlərin həlli ilə bağlı xidmət təşkilatları rəhbərlərinə müvafiq tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz