Bir kənddən üç xəbər

Bir kənddən üç xəbərHacıhətəmli kənd tam orta məktəbinin VI sinif şagirdi Nərminə Abdullayeva gənc və yeniyetmələr arasında keçirilən cüdo yarışlarının respublika turunda III yer tutmuşdur. Qalib idmançıya rayon gənclər və idman idarəsinin, həmçinin cüdo federasiyasının, TİAHİ İsmayıllı Rayon Komitəsinin Diplom və qiymətli hədiyyələri təqdim edilmişdir. Hacıhətəmli bələdiyyəsi də gənc idmançıya hədiyyə və diplom təqdim etmişdir.

Kənd məktəbinin futbol komandası AFFA xətti ilə keçirilən yarışda rayon birinciliyinin qalibi olmuşdur. Komandanı bu yarışlara məktəbin idman müəllimləri Ədalət Əhmədov və Vahid Hacıyev hazırlamışdır. Komandanın nəqliyyatla daşınmasını bələdiyyə şurası öz hesabına həyata keçirmişdir.

Bir kənddən üç xəbər İsmayıllı şəhərində keçirilmiş Novruz şənliklərində Hacıhətəmlinin “Hapıt” folklor ansamblının çıxışı rəğbətlə qarşılanmışdır. RİH başçısı Mirdaməd Sadıqov onların çıxışını bəyənmiş və məktəbə bir kompyuter dəsti bağışlamışdır. Kollektiv bu xeyirxahlığa görə başçıya minnətdarlığını bildirmişdir.
M.Hüseynov

Şərh Yaz