Dilimiz qürurumuzdur

Dilimiz qürurumuzdur
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.
Heydər Əliyev

Dil hər bir millətin mənliyi və qürurudur. Dil yoxdursa, xalq da yoxdur. Aqillər deyib ki, xalqın nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, məhv olar. Bu, tarixi həqiqətdir. Görkəmli şairimiz B.Vahabzadənin “Latın dili” şeiri yadıma düşdü:
“ … İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?!
Yoxsa, uzun əsrlərdən keçib gələn
Xalqı ölən, özü qalan bir diləmi?!Dilimiz qürurumuzdur

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.
Heydər Əliyev

Dil hər bir millətin mənliyi və qürurudur. Dil yoxdursa, xalq da yoxdur. Aqillər deyib ki, xalqın nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, məhv olar. Bu, tarixi həqiqətdir. Görkəmli şairimiz B.Vahabzadənin “Latın dili” şeiri yadıma düşdü:
“ … İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?!
Yoxsa, uzun əsrlərdən keçib gələn
Xalqı ölən, özü qalan bir diləmi?!
Bəli, başı bəlalar çəkmiş Azərbaycan xalqının dili tarixi minilliklərin sınağından, hakim rejimlərin təcavüz və təzyiqlərindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, saflığını, təmizliyini, zənginliyini qoruyaraq bu günümüzə gəlib çatan milli sərvətimizdir.Azərbaycan dili haqqında yazmaq istərkən insanın fikrində bu dildə yazıb-yaratmış, bu dildə danışmış, doğma dilimizin varlığını qorumaq üçün özünü fəda etmiş yüzlərlə şəxsiyyətin siması canlanır. Düşünürsən ki, nə yaxşı ki, xalqın belə dahi, uzaqgörən nümayəndələri olub. Vətən torpaqları işğal olunanda işğalçılar xalqı onların dilində danışmağa məcbur edib, öz dillərini zorla xalqa sevdirməyə çalışıblar. Lakin bəzi dövrlərdə bu siyasət alınsa da çox zaman etirazlara səbəb olub.
Ötən əsrin 70-80-ci illərində bütün SSRİ məkanında sovetləşmənin sürətlə getdiyi bir zamanda Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan SSR-də dövlət dili kimi Azərbaycan dilinin olması barədə xüsusi bir maddənin salınmasına çalışmış və buna nail olmuş ümummilli liderimiz H.Əliyevin bu sahədəki əməyi danılmazdır. Bu, o dövrdə ölkəmizin tarixində çox böyük hadisə idi. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə öz Ana dili ilə fəxr edən, onu hamıya sevdirməyə çalışan, bu dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən biri hesab edən əvəzsiz şəxsiyyət dilimizin qorunması, onun inkişaf etdirilməsi üçün onlarla Dövlət səviyyəli Fərman və sərəncamın müəllifi olmuşdur. H.Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanları genişləndirilmişdir. Ulu öndərin 2001-ci ildə verdiyi Fərmana əsasən avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməyə başladı.
Təəssüf ki, uluların bizə miras qoyub getdiyi Ana dilimizə münasibət bu gün lazımi səviyyədə olduğunu deyə bilmərik. Ana dilimizin qorunması, onun təbliği müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Hər bir sahədə Ulu öndərin uzaqgörən siyasi kursunu davam etdirən prezident İlham Əliyev bu sahəni də diqqətdən kənarda qoymayıb. Onun “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamı buna sübutdur. Sərəncamın verilməsi bir daha sübut edir ki, dilimizin qorunması, inkişaf etdirilməsi günün tələbidir. Gəlin, hamımız Ana dilimizin yad təsirlərdən qorunmasına, dilimizə başqa dillərdən keçən yabançı ifadələrin yol tapmasına, öz ana dilində danışmağı ar bilənlərə qarşı səylərimizi birləşdirək. Bizə ərməğan olunmuş milli sərvətimizi şərəflə qoruyub gələcək nəsillərə ötürək.
Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.
Ən qiymətli mirasdır, onu gözlərimiztək,
Qoruyub, nəsillərə biz də hədiyyə edək.
B. Vahabzadə
Belə hesab edirəm ki, orta məktəblərdə Azərbaycan dilinin tədrisinə diqqət və qayğı daha da artırılmalı, dilimizin saflığının qorunması məqsədilə dərsliklər təkmilləşdirilməli və bu işdə Azərbaycan dili müəllimləri daha fəal olmalıdırlar. Dilimizin tədrisi ancaq dərslərdə deyil, həmçinin, günümüzün ayrılmaz hissəsi olan internet və KİV-lərdə də aparılmalıdır.
Elçin Məmmədov,
şəhər 5 nömrəli tam orta məktəbinin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz