Yaddas kitabcasi

Çox fərəhliyik

Çox fərəhliyikMəktəbimizin uğurları gündən-günə artmaqdadır. Qazanılan nəticələr həm müəllim, həm də şagird heyətini sevindirir. Bağban becərdiyi bağın meyvələri ilə öyündüyü kimi, şəhər 2 saylı tam orta məktəbinin müəllimləri olaraq biz də çox fərəhliyik. Gələcəyimizin intellektli gənclər əlində olması üçün çəkdiyimiz zəhmətin bəhrəsini görmək bizə çox xoşdur. Çox fərəhliyik2013-cü ilin ilk tədbirlərində böyük uğurlarımız oldu. Dünya Azərbaycanlılarının həmrəyliyi gününə və “Çağ öyrətim işlətmələrinin 20 illiyi”nə həsr olunmuş bilik yarışında məktəbimizin VIII sinif şagirdi Xatirə Dadaşova birinci yer, IX sinif şagirdi Afaq Sabirli isə II yeri tutmuşdur. Qalibləri məktəbin direktoru Ramil Dadaşov Fəxri fərmanla təltif etmişdir.
Qazandıqları uğura görə X.Dadaşova planşet kompyuter, A.Sabirli isə mobil telefonla mükafatlandırılmışdır.
Gülxar Məmmədova,
şəhər 2 saylı tam orta məktəbin direktor müavini

Şərh Yaz