Ənənə halı almış görüşlər

Rayonun əksər məktəblərində ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilməsi ənənə halı almışdır. Bu sayaq tədbirlərin coşqu və maraqla keçməsi də təbiidir. Ağahüseyn Aslanov adına şəhər 2 saylı tam orta məktəbində keçən tədbir də məhz bu cür alındı.
Məzunlarla məktəb şagirdlərinin və müəllimlərin görüşü maraqlı müsahibələrin yaranmasına səbəb oldu. Şərəfli tələbə adını qazanmış şagirdlərimizdən Qurban Rəhmanov, Aynur Sabirli, Sərxan Babayev, Sevinc Talıblı, Pərviz Kazımov, Həcər Səmədova və Nigar Qasımlı yaxşı oxumağın, tələbə adını daşımağın fərəhindən danışmış, şagirdlərə təhsildə və tərbiyədə öncül olmağı tövsiyə etmişlər.
Məktəbin tədbirdə iştirak edən yuxarı sinif şagirdlərindən Seymur Səmədzadə, Xəyalə Ələkbərova, Dilqəm Məmmədov, Şəhriyar Ağazadə, Seymur Ağazadə, Sadiq Aşurov təhsil aldıqları məktəbin adını, müəllim əməyini həmişə uca tutacaqlarını, ali məktəblərə qəbulda yüksək nəticələr göstərəcəklərini söyləmişlər.
Tədbirin maraqlı keçməsi üçün şagirdlərdən Aytən Mehdizadənin, Aytac Məhərrəmlinin, Vaqif Talıbovun, Fərid Ağalarovun, Leyla Talıbzadənin, Yeganə Möhübovanın, Nihat Sadıxlının şeir söyləmək, rəqs etmək və səhnəciklər nümayiş etdirməkdə bacarıqları alqışlarla qarşılanmışdır.
Görüşü təşkil etmiş müəllimlər Məhəbbət Osmanova, bu sətirlərin müəllifi Gilas Musayeva, Fidan, Eminə və Xatirə Orucovalar, məktəbin həmkarlar komitəsinin sədri Sənubər Səmədova tədbirdə fəallığı ilə seçilən şagirdlərə hədiyyələr təqdim etmişlər.
Görüşdə məktəbin direktoru iştirak etmişdir. Sonda məzunlar çay süfrəsinə dəvət olunmuşlar.
Gilas Musayeva,
məktəbin müəllimi

Şərh Yaz