Yaddas kitabcasi

Səmərəli fəaliyyətə görə

Yarandığı qısa zaman kəsiyində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi çox tədbirlərə ev sahibliyi, təşkilatçılıq edib, amma sentyabrın 21-də keçirilən mərasim təşkilatçıların və iştirakçıların şən əhval-ruhiyyəsi ilə seçilən və unudulmaz oldu: həmin gün İsmayıllı UADM onun formalaşmasında, tanınmasında, ətrafına çoxsaylı könüllülər toplamasında xüsusi zəhmət payı olan Lalə Kəbirovanın ad gününü qeyd edirdi.Səmərəli fəaliyyətə görə
Lalə xanım musiqi müəlliməsidir, şəhər 4 saylı məktəbdə və 3 saylı bağçada işləyir. Musiqinin təbliği və öyrədilməsi istiqamətində yorulmadan iş aparır. Dərslərində müasir təlim metodlarından geniş istifadə edir, təkcə çalışdığı məktəbdə və bağçada yox, digər bağçalarda da məşğələlərin yeni üsullarla keçirilməsində həmkarlarına məmnuniyyətlə yardımçı olur. İşinin çoxluğuna və müəllim əməyinin ağırlığına baxmayaraq Səmərəli fəaliyyətə görəLalə xanım könüllü kimi fəaliyyət göstərməyə də vaxt ayırır. Mərkəzimizin internet səhifəsinin yaradılmasında, işlə bağlı slaydların, bukletlərin hazırlanmasında, xüsusi qayğıya ehtiyaclı uşaqlarla aparılan qrup məşğələlərində, keçirilən tədbirlərdə o həmişə bizimlə olub, bacarığını, köməyini əsirgəməyib. Lalə xanım Mərkəzimizin ilk və ayağı sayalı könüllüsüdür: hazırda bu çətin işimizdə bizimlə olan, yeri gələndə işlədiyimiz ailələrə mənəvi və maddi dayaq olan 15 nəfər könüllümüz var. Səmərəli fəaliyyətə görə
Bütün bunlar barədə bu xoş görüşdə hamı ürəkdolusu danışdı. Rayon Təhsil şöbəsi metodik kabinetin direktoru Hümbət Əsədov Lalə Kəbirovanın bir müəllim kimi, fəaliyyətindən daha geniş söz açdı, ona ən xoş arzularını çatdırdı, uzun müddət təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətinə və innovativ təlim metodlarının tətbiqində nailiyyətlərinə görə İsmayıllı Rayon Təhsil şöbəsinin, ATİAHİ İsmayıllı RK-nin Fəxri fərmanını və pul mükafatını səbəbkara təqdim etdi. Mərkəz Lalə xanıma onun buradakı fəaliyyətini əks etdirən fotoalbom hədiyyə etdi. Tədbirin şair iştirakçılarının – Şahməmməd Dağlaroğlunun və Hüseyn Həsrətin təbrik sözləri şeir üstündə kökləndi və təbii ki, əvəzsiz oldu. Elə ümumilikdə tədbirin özü də əvəzsiz idi, çünki buraya hamı demək olar ki, dəvətsiz, ürəyinin arzusu ilə gəlmişdi və deyilən sözlər də, dilənən arzular da ürəkdən gəlirdi: səmimi, xoş, tam günün qəhrəmanına layiq!
Bəlkə Lalə xanıma layiq olduğu, lakin deyilməyən, unudulan xoş bir arzu, yaxşı bir söz qalıb, onu da mən deyir, mən arzulayıram.
Mən, yəni:Səmərəli fəaliyyətə görə
Gülnar

Şərh Yaz