Gecikmiş qisas

Redaksiyadan: Xəbər verdiyimiz kimi həmyerlimiz, gənc yazar Firuzə Çiçəyin “Xəyanət qoxusu” adlı kitabı işıq üzü görmüşdür. Müəllifin yaradıcılığından razılıq edən oxucuların bizə ünvanladıqları fikir və müraciətləri nəzərə alıb kitabda yer almış “Gecikmiş qisas” hekayəsini dərc edirik.

Sən oğrusan! Sən köləsən! Sən ermənisən!
A.S.Puşkin

… – Ay qız, Səidə, o uşaq niyə ağlayır?
Yun şalını başına bağlayaraq otaqdan çıxan qadın yenə gəlinini səslədi:
-Bu uşağa niyə baxmırsan, hə? Can, ağlama nənə qur¬ban, nolub mənim balama? Səidə!…
Gəlinin səsi mətbəxdən gəldi:
-Hə, ana. Xəmirlidir əlim. Bilmirəm niyə ağlayır. Ye¬mə¬yini indi vermişəm ki.
Qadın iki yaş yarımlıq nəvəsini astaca havada oyna¬da¬raq oxşamağa başladı:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Səni Allah saxlasın,
Sayəndə mən dolanım…
Uşaq isə elə bil onu havada atıb-tutan, oynadan nənəsinin ina¬dına gedir, daha da bərk ağlayırdı.
Qolları yorulan cavan nənə uşağı yerə qoyub şirin bir mə¬zəm¬mətlə dedi:
-Zalım balası, maşallah, qollarım yoruldu ki. Ay qız, xəmiri ver mənə, gəl, uşağı yatızdır!
Saçlarını yığaraq ləçək vurmuş, ala gözlü gəlininə yaxın¬laşdı:
-Ver mənə…
-Ana, bu dəqiqə qurtarıram, sən əlini bulama.
Balacanın beşiyi yavaş-yavaş yırğalanır, arzularını dünyalar¬ca sevdiyi körpəsinə bəxş etmiş, beşiyinin başında keşikçi əs¬gər kimi dayanmış gənc və gözəl ana nəvazişlə layla deyirdi:
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində,
Şirin yuxu tapasan.
Qəfil çöldən gələn anlaşılmaz səs onu dayandırdı.
Gəlin, qayınana ikisi də pəncərəyə doğru qaçdılar. Haradan¬sa, uzaqdan göy gurultusuna bənzər şaqqıltılar gəlirdi. Deyəsən, ha¬radasa atırdılar. Son vaxtlar qonşu ermənilərlə münasibətlər so-yuqlaşmışdı. Və hətta bəzi yerlərdə qarşıdurmalar da baş ve¬r¬i¬r¬¬di.
Gəlin təşvişlə dilləndi:
-Güllə səsinə oxşayır. Allah axırını xeyir eləsin…
Ağlamağa ara verməyən və indi daha çox çığırmağa başla¬yan körpənin səsi gəlini otağa qayıtmağa məcbur etdi:
-Ay Allah, bu niyə dayanmır? – beşiyi yırğalamağa başladı.
Qadın isə hələ də çölə – batmağa hazırlaşan günəşə tərəf ba¬¬xır¬dı. Amma görünmürdü günəş. Hava boz və boğuq rəng al¬mış¬dı. Sanki insanların az sonra törədəcəyi fəlakətinə, vəhşili¬yinə qarşı göyün də üzü tutulmuşdu. Elə bil bir-birinə kiplən¬miş buludlar öz qızıl taxtına enməyə hazırlaşan həyat eşqli gü¬nə¬şin insanlığa sığmayan bu soyqırımı görməyinə mane olmaq üçün çalışırdılar.
Qayınana üşüdüyünü hiss edib içəri keçdi. Otağın kandarında dayandı. Qəribə təş¬viş dolu bir baxışla gəlinini və hələ də sakitləşməyən istəkli nəvə¬sini süzdü.
Səidənin gözləri qayınanasının gözləri ilə toqquşanda bütün bədəni titrədi, sanki paltarında buz vardı. Heç özü də anlamadı nədir bu gözlərdəki. Təşvişmi? Qorxumu? Nigarançılıqmı?
Yox, bunlardan daha fərqli, daha qorxunc idi bu baxışlar…
Səidə narahatlıqla beşiyi digər əlinə ötürə¬rək yırğalamağa davam etdi. Yenə qapıya tərəf baxdıqda hələ də həmişə cəsur tanıdığı bu qadının daş heykəl kimi daya¬nıb bu dəfə hansısa məchul bir nöqtəyə baxdığını gördü.
Nolub, ay ana?!
Qadın bir neçə saniyə susub, geriyə döndü:
-Uşaqlardan nigaranam… – və qapıdan çıxdı.
Səidə fikrə getdi. O da ana idi. Ana ilə övladın ürəyi, hiss¬lə¬ri, duyğuları isə həmişə ilahi tellərlə bir-birinə bağlı olur…
Gəlin fikrini dağıtmağa çalışaraq, beşiyi yırğalaya-yırğalaya sevimlisinə, ürəkparasına layla deməyə başladı:
Qızılı butam, laylay,
Ətrinə batam, laylay.
Balam ərsəyə çata,
Toyunu tutam, laylay.
On beş dəqiqə keçməmişdi ki, aşağıdan eşitdiyi nalə gəlinin ru¬hunu bədənindən oynatdı. Özünü eyvana necə atdığını heç bil¬mədi, pəncərədən aşağı baxanda elə bil ayağının altından yer qaç¬dı.
Üç erməni dığası qayınanasını təpikləyirdilər. Yerdə qıv¬rı¬lan qadın ağrıdan huşunu itirmək dərəcəsinə çatır, nalə edir¬di. Özünü müdafiə etmək üçün tərpənə belə bilmirdi.
Ermənilərdən biri digər ikisini dayandırdı:
-Bəsdir, bəsdir. Daha aparın, hələ qocalmayıb, lazım olac¬a¬q¬…
Hava toranlaşmağa başlasa da, Səidə ata evində olarkən qon¬¬şuluqda yaşayan Hakopu yaxşı tanıdı. Alçaq erməni hələ əvvəl bir azər¬bay¬canlını hansısa səbəbdən qətlə yetirib, Ermənistana qaç¬mış¬dı. Ondan sonra onu tapan olmamışdı.
İndi onun eybəcər və bir tə¬rəfi çapıq olan üzünü görəndə Səidə qeyri-ixtiyari qışqırdı. Bu an ermənilər pəncərədə dəhşət içində donub qalan Səidəni gör¬dülər.
Hakopun gözlərində murdar bir qığılcım parladı:
-Ooo, kimi görürəm?!
Səidə cəld geri çəkilib giriş qapısını bağladı. Körpəsinin yanına qaçdı. Amma heç bir çıxış yolu yox idi. Hakopu yaxşı tanıyırdı. Hələ qız vax¬tı evlərində olarkən, Hakopun iyrənc baxışlarını üzərində hiss edirdi həmişə. Bunu xatırlayıb göz yaşı içində körpəsinin al¬nından öpdü. Kim bilir, ananın bu lal baxışları beşikdəki ağla¬maq¬dan qəşəng gözləri qızarmış, yanaqları allanmış bu körpəyə nə deyirdi? Bir təkcə Allah bildi, bir də körpə… Beşiyində vurnuxan körpə anasının yanında olduğunu görüb azacıq kiriyən kimi oldu. Qoşa əllərini havada oynadıb, qucağına getmək üçün istəyini qığıltısıyla anlatmaq istədi. Amma anasının onu qucağına almaq, ovundurmaq fikri yox idi deyəsən bu dəfə. Körpə burnunu qırışdıraraq dodaqlarını büzdü…
Ana göz yaşı içində balasını bir də öpdü. Ayrıla bilmirdi beşiyindən:
-Səni Allaha tapşırıram!!!
Qapını sındırmaq üçün vurulan zərbə ilə Səidənin mət¬bəxə atılması bir oldu. Mətbəx bıçağını əlinə alaraq, düz ürəyinin tuşunda hazır saxladı. O azərbaycanlı, azəri türkü idi. Onun damarından axan qan təmiz türk qanı idi. Heç bir qarışığı olmadan… Tarix boyu qeyrətinə, cəsarətinə bütün millətlərin həsəd apardığı türk qadını. O ölümə də hazır idi. Amma düşmənin, yad bir əlin ona toxunmasına dünyasında razı olmazdı.
Hakop saxta yalvarışlarla ona yaxınlaşmağa çalışdı:
-Yaxşı, zayka, axı biz qonşu olmuşuq. Sənin atanla dost ol¬mu¬şam. Mən sənə heç nə eləmərəm. Uşağa da dəymərəm. Ağıl¬lı qız ol, bıçağı qoy yerə…
Səidə geri çəkildi:
-Alçaqlar, murdarlar! Nə istəyirsiniz axı bizdən? Nə, nə? Bi¬zim¬lə yaşayıb, süfrəmizdən yeyib, axırda arxa-dan vurursunuz. Yox, arxayın olun, heç vaxt çata bilməzsiniz o murdar arzunuza. Ruhumuza qəsd edə bilməzsiniz heç vaxt. Sizə elə ölü vü¬cud qalar. Heç vaxt!
Hakop irəli atılsa da, artıq gec idi… Hirslə mətbəxdən çıxar¬kən qan içində yerə sərilmiş Səidənin başına təpiklə vurdu, si¬fə¬tini tapdalayıb körpə yatan otağa keçdi.
Xəncər havada parladı…
-Sizin hamınızın kökünü kəsəcəyik, türk balası, bax belə beşik¬dəcə.
Lakin Hakopun əli havada qaldı bir anlıq. Bayaqdan ağlayan kör¬pə¬nin gözündən zərrəcə yaş gəlmirdi. Sakit-sakit qarşısındakı “əcə¬lə” baxırdı. Çox qəribə baxırdı…
Dığalardan biri otağa girdi:
-Gör sandıqdan nələr tapmışam. – acgözlüklə güldü.
Hakop qeyri-iradi, keyləşmiş halda ayağa qalxdı:
-Bu uşağı aparacam!
Tapdıqlarını ciblərinə doluşduran erməni silahın qundağı ilə Hakopun qucağındakı körpənin sinəsindən vurdu:
-Öldür, rədd olsun, türkdür, neyləyəcəksən?
Hakop başını bulayıb güldü:
-Bu gündən daha türk deyil. Baxaq görək o böyüyəndə mə¬nə deyəcəksən? Abovyan, türkü yalnız türk məhv edə bi¬lər. Mən sənə borclu…
* * *
Aeroportdan çıxıb dərindən nəfəs aldı. Hər şey qaydasında idi. Pulu da Azərbaycan manatına dəyişmişdi. Yoxlanışda da heç bir narahatlıq olmamışdı. Sənədləri qaydasında olan bir rus və¬təndaşı idi… Sergey İvanov. İşləri ilə əlaqədar müvəqqəti Ba¬kı¬ya xalasıgilə gəlmişdi. Bir müddət sonra – iki aya qayıdacaqdı.
Sergey İvanov taksilərdən birinə yaxınlaşıb maşının qapısını açdı. Rus ləh¬cəsi ilə Azərbaycanca soruşdu:
-Şəhərə apararsan?
Saçının qarşı tərəfi bir az keçəlləşmiş, arxa tərəfi isə çallaş¬mış, üzündə dərin qırışlar şırım atmış taksi sürücüsü gənc oğla¬nı süzdü:
-Hansı ünvana?
Sergey sol əlindəki çamadanını buraxıb, gödəkçəsinin yaxa¬sı¬nı açdı. İçəri cibdən səliqə ilə qatlanmış vərəqi çıxarıb açaraq sürücüyə uzatdı:
-Bura.
Sürücü başı ilə işarə edib soruşdu:
-Yükün çoxdu, yoxsa elə bunlardır?
Sergey arxa qapını açdı:
-Bunlardır. – çamadanları elə arxaya – öz yanına qoyub qa¬pı¬nı bağladı.
Yol uzunu maşının pəncərəsindən ətrafı seyr edirdi. Necə bö¬¬yük, necə gözəl şəhər idi. Bakı… Deməli, Bakı bu imiş. Də¬yər¬¬miş təriflərə. Sergey Ermənistanda olarkən ekranlarda, şəkillərdə gör¬müşdü Bakını. Rusiyaya gedəndə isə, orada bəzi əra¬ziləri ilə xəritədə də, başqa üsullarla da qiyabi də olsa tanıt¬mış¬dılar bu şəhəri ona.
Amma indi bu şəhərin özünə düşməsi onu bir az heyrətləndir¬mişdi. Gör onun düşmənləri necə gözəllikdə yaşayır. O artıq düş¬mən torpağındadır. Amma Sergeyi təəccübləndirən tamam baş¬qa bir şey idi. Axı niyə o düşmənlərinin məskunlaşdığı bu şə¬hərə nifrətlə baxa bilmir? Niyə qaynaşan bu insanlar onun qə¬zə¬bini aşıb-coşdurmur? O, İrəvanda – Yerevanda böyümüşdü. Amma çox qəribədir ki, Bakı nəyinki onda nifrət doğurmur, hətta az qala doğma gəlirdi…
-Qardaşoğlu, deyəsən buralarda olan adam deyilsən ha, qə¬rib¬sən? – ön güzgüdə ona diqqətlə baxan sürücü soruşdu.
Çölə baxmaqdan əl çəkib, başını arxaya söykədi:
-Rusam, buralı deyiləm.
Bu dəfə sürücü birbaşa arxaya çönüb, tez də çevrildi:
-Doğrudan? Heç oxşatmadım rusa. Atan, ya anan buralıdır? Ki¬min var Azərbaycanda?
Suallardan karıxmış Sergey başını yenidən pəncərəyə tərəf çevirdi:
-Atam da, anam da rusdur! Bura xalamgilə gəlmişəm.
Sürücü başını yellədi:
-Elə bildim buralısan, bizlərə oxşadın. – gülümsündü – qaş qara, göz qara, bir az da qarabuğdayı. Amma ləhcəndən rus ol¬du¬ğunu tutdum o dəqiqə. Bizim dili harda öyrənmisən? Pis bil¬mir¬sən ha amma.
Sergey lap təngə gəldi:
-Xalam öyrədib… – tez də söhbəti dəyişdi – hələ çatmırıq?
Sürücü əli ilə qarşı tərəfdə bir-birinə dirənmiş maşın selini göstərdi:
-Tıxaclar qoysa çatarıq. Hələ indi yaxşıdır. Elə olur saat¬lar¬la tıxacda qalırıq. Neyləmək olar, qardaşoğlu, şəhər böyük, ma¬şın da adamdan çox. Bir yanda körpü tikirlər, yolu genişlən¬di¬rir¬lər, işıqfor qoyurlar, heç bir xeyri yoxdu. – yenə güzgüdə arxa¬ya ötəri nəzər saldı. – Sən de görüm şəhərimiz necədir, xoşuna gəl¬di?
Sergey çölə baxa-baxa bir az dayandı, sonra fikirli halda yenə başını arxaya söykəyib, gözlərini yumdu:
-Gözəldir!…
Sergeyin 22 yaşı keçməsinə baxmayaraq, yaşından bö¬yük görünürdü. Ona baxan əminliklə 25-26 yaş verərdi. Hün¬dür boylu, cüssəli idi. Yoğun boynu vardı. Sifəti tunc rənginə ça¬lırdı. Qara, qurd baxışlı gözləri isə mənalı və diqqətli baxırdı. Cod və azacıq qıvrımtəhər saçlarını sol tərəfdən yana ayırmış¬dı. Əynindəki qara dəri gödəkçənin yaxasını maşına əyləşəndə aç¬mışdı. Geyindiyi bədəninə yaxşı oturuşmuş tünd göy vodalazkası sinəsinin əzələ¬lə¬rini qabarıq bildirirdi. Qara cins şalvar geyinmişdi.
Aya¬ğını bir-birinin üzərinə aşırıb, gözlərini açdı. Getdikcə ba¬şı¬nın ağrımağa başladığını hiss etdi. Əlini cibindən çıxarıb boy¬¬nunu bərk-bərk bir neçə dəfə sıxıb buraxdı, gicgahlarını ov¬uş¬durdu. Heç keçənə oxşamır deyəsən, gərək dərman alım. – de¬yə düşündü.
Bayaqdan susduğu üçün səsi özünə birtəhər gəldi:
-Buralarda yaxında aptek var?
Sürücü söhbətə bəhanə tapıbmış kimi dirçəldi:
-Hə, bir az qabaqda işıqforun yanından dönsək var. Nolub, qardaşoğlu?
Dilxor halda saatına baxdı, ağzıdolusu nəfəs alıb, ordlarını şişirtdi və astaca nəfəsini verdi:
-Başım ağradı.
Sürücü razılıqla başını buladı:
-Bilirdim ki, halında fərq olacaq. Adam heç vaxt olmadığı yerə düşəndə, havasını dəyişəndə həmişə əvvəl nəsə narahatlıq olur. Dedin heç vaxt olmamısan da burda?!
Sergey barmaqlarını çırtlatdı:
-Aptekdə saxla!
Yox, ağrı keçmək bilmirdi. Elə maşındaca həblərdən ikisini quru-quru uddu. Yenə pəncərədən gözünü çəkə bilmədiyi gözəl şə¬¬hərə baxdı. Amma xəyalında uşaqlığını keçirdiyi Yerevana qayıtdı…
O Ye¬revanı sevirdi. Hələ uşaq ikən atası Hakop Xocalını, Şuşa¬nı, Zəngilanı, Ağdamı alarkən etdikləri qəhrəmanlıqdan, itir¬dik¬¬ləri əsgərlərdən danışanda həmişə fəxr edirdi. Yadındadı, bir dəfə Ha¬kop zirzəmilərində siçan yuvası tapmışdı. Hər iki oğ¬¬lunu ya¬nı¬na çağırıb əllərinə biz vermişdi ki, qutuya saldığım si¬çan ba¬la¬la¬¬rı Azəridir, türkdür. Qanımıza susamış düşməndir. On¬ları han¬sı¬¬nız daha ağıllı, daha dəhşətli əzabla öldürsəniz o əsl erməni ba¬la¬sıdır. Alın görək xalqımızın qisasını…
Qardaşı Akop siçan balasının dərisini diri-diri soyub öldür¬dü, başqasının qolunu-qıçını dartıb qopardı… Onda hələ Sergeyin 8 yaşı var¬dı, Akopun isə 14 yaşı. Sergeyin əsl adı Teryan idi. Bu adı atası vermişdi ona. Hansısa həlak olmuş əsgər dostunun şərəfinə.
Onda ata¬sı Hakop Sergeyə acıqlanmışdı:
-Bax, Teryan, Akop türklərə neyləyir, nə durub baxırsan?
O hələ uşaq ağlı ilə başa düşürdü ki, bunlar sadəcə aciz siçan balalarıdır. Onlara əzab verib öldürmək düzgün sayılmaz. Onsuz da bununla türklərə heç nə olası deyil. Nədənsə, heç cür qıymamışdı siçan balalarını qəddarlıqla öldürməyə. Balaca Sergey siçanların başından bir dəfə vurmaqla öl¬dür¬müşdü onları. Hakop isə yaman hirslənmişdi, ona sillə vurmuşdu:
-Qorxaq! Siçandan qorxursan? Qorxdun dişləyər səni?
Sergey ağlayıb atasının qıçını qucaqlamışdı:
-Ata, axı o türk deyil, siçandır.
Hakop onu itələyib, tüpürmüşdü:
-Tfu, sən erməni deyilsən! Erməninin düşmənə yazığı gəl¬məz, heç kimə yazığı gəlməz!
8 yaşlı Sergey yenə atasını qucaqlayıb, ağlayıb and içmişdi:
Ata, mən daha Akop kimi olacam, əsl erməni olacam. Mən düşmənləri də, siçanları da, hamısını əzabla öldürəcəm. Mənə hirs¬lənmə!
Atası Hakop ürəkdən gülərək onun saçlarını qarışdırmışdı:
-Yaxşı, sən əsl erməni olacaqsan, əsl erməni!…
Bunları xatırladıqca üzündə təbəssüm yarandı. İndi sözsüz ata¬sı da artıq müəyyən olunmuş ünvana yollanıb. Çünki, bir neçə erməni – hamısı rus soyadı ilə eyni təyyarədə gəlmişdilər. Amma bir-biriləri ilə nə təyyarədə, nə də aeroportda qətiyyən əlaqə saxlamamışdılar.
Sürücü əyləci basdı:
-Bu da sənin ünvanın. Çatdıq.
Maşından düşərək çamadanları da düşürtdü. Arxa qapını bağ¬layıb sürücünün alıcı gözlərinə baxdı:
Nə verəcəm?
Sürücü bir gözünü azacıq qıyıb, o biri qaşını da aşağı saldı:
-Cəmi səkkizcə manat.
Bunu öz ənənələrinə uyğun olaraq, elə tərzdə deyirdi ki, san¬¬ki yol pulunun yarısından vaz keçib. “Taksi qanunları”ndan xəbəri olmasa da, Sergey bunu duydu və pulu verərkən yal¬nız kinayəli təbəssümlə qarşılıq bildirdi.
Ardı var.

Şərh Yaz